AVMVİB Xocavənd və Beyləqan rayon şöbələri şəhidin ad günü mərasimində iştirak ediblər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi veteranları şəhidlərimizlə bağlı silsilə tədbirləri davam etdiriblər.


Müharibə veteranları Beyləqan rayonu Qaradağlı kəndinin şəhid övladı Rəşid Loğman oğlu Tahirovun doğum gününü qeyd etmişlər.
Şəhidin cənnətdəki ilk doğum günü münasibətiylə şəhid Rəşid Loğman oğlu Tahirova AVMVİB sədri Füzuli Rzaquliyev adından AVMVİB-nin təsis etdiyi Xatirə medalını şəhidin ailəsinə təqdim etdilər.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov çıxış edərək şəhidlərimizin heç zaman unudulmayacağını və müharibə veteranlarının yorulmadan bu istiqamətdə iş apardıqlarını qeyd ediblər. Bildirdilər ki, şəhidlik ən ali, müqəddəs və şərəfli zirvədir. Çünki şəhidlər Vətənin, millətin yolunda şüurlu surətdə öz canlarından keçən insanlardır. Ona görə də onların ailələri bizlərə əmanətdir.

Şəhidin məzarı ziyarət olunmuş və ruhuna dualar oxunmuşdur.


Allah şəhidlərimizə rəhmət eləsin!


Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir

Bu xəbəri paylaşın: