TƏBRİK: SƏFƏROV GÜLAĞA YAQUB OĞLU — 57

    AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin sədr müavini polkovnik Salman Musayev Müharibə Veteranı  ehtiyatda olan polkovnik leytenant Səfərov Gülağa Yaqub oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir və həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

       Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

       Müharibə Veteranı ehtiyatda olan polkovnik-leytenant Səfərov Gülağa Yaqub oğlu 1 noyabr Füzuli rayonunun  Aybasanlı kəndində anadan olub.

      O, Füzuli rayonunun Aybasanlı kənd orta məktəbini, Azərbaycan İnşaat Mühəndisləri  İnstitunu, 1988-ci ildə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Baş İdarəsinin Xəzər rayonunda yerləşən hərbi məktəbi bitirib.

       Gülağa Səfərov 1992-ci ilin mart ayından 1993 cü ilin  sentyabr ayin 7-nə kimi Füzuli rayonunun Könulü Müdafiə taborunda manqa komandiri vəzifəsində olmuş və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib və yaralanıb.

      Ehtiyatda olan polkovnik leytenant Səfərov Gülağa Yaqub oğlu 1995-ci ilin yanvar ayindan -2014 cü ilin fevral ayına kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Baş İdarəsinin Nərimanov, Xəzər rayonlarında, Sumqayıt və Gəncə şəhərlərində yerləşən hərbi hissələrdə anbar rəisi, taqim komandiri, mənzil-istismar xidmət rəisi, hərbi hissə komandirinin Maddi texniki təminat xidmətləri üzrə müavinini vəzifələrində xidmət edib.

       Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında şəhərdə, yaşayış və cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, fövqaladə vəziyyət zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi  bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyətlə və şərəf hissi ilə yerınə yetirmişdir.

     O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

      Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində bir çox hərbi qulluqçulara şəxsi nümunə olaraq Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

     Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinəgörə, döyüş və ictimai sıyası hazırlığında, hərbi  intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

      Polkovnik leytenant Səfərov Gülağa Yaqub oğlu Xidmətdə fəriqləndiyinə görə   Azərbaycan Respublikasının Prezidentinin adından Daxili İşlər Nazirnin müvafiq əmrləri » Silahlı Qüvvələrin yaranmasının » 10 -illiyi  və 90- i liyi yubley, «Qüsursuz xidmətlərə görə» 2 -ci  və 3 dərəcili medalarla təltif edilib.

     Səfərov Gülağa Yaqub oğlu   Daxili Qoşunların Baş idarəsinin Xəzər rayonunda yerləşən hərbi məktəbi bitirdikdən sonra  təcürbə mübadiləsi əldə etmək üçün Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin Ankarada, İstanbul  və İzmir şəhərlərində yerləşən hərbi hissələrində və məktəbində   olmuşdur.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, GÜLAĞA BƏY!

YÜZ YAŞA, SAĞLAM YAŞA!

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: