Koronovirusun statistikası

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 2-nə olan statistik göstəriciləri açıqlayıb.

Məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 697 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 152 597 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 40 nəfər koronavirusa yoluxub, 46 nəfər müalicə olunaraq sağalıb. Ölkədə indiyədək ümumilikdə koronavirusa 1 894 yoluxma aşkarlanıb. Onlardan 1 411-i sağalıb, 25-i ölüb. Hazırda aktiv xəstə sayı 458-dir.

Bu xəbəri paylaşın: