ERMƏNİLƏRİN KÖKƏNİ

  • Arif Cengiz Erman

Bu gün “erməni” adlandırılan insanların özlərinə verdiyi ad «Hay»dır. Bu ad türkcə bar verən, artan, çoxalma mənasını verən “katlandur/kaylandur” sözündəndir (Köhnə oğuz və qıpçaq dialektlərində). Türkcə «kat/kay» kökündən gəlir. Haycada kay>hay şəklində transformasiyaya uğramışdır.

“Erməni” adı türkcə “arman/erman/ərmən” sözündəndir və ideal, dilək, arzu, istək, kösenç (arzu) deməkdir. Türklər Cənubi Qafqazı bu adla adlandırıblar. Cənubi Qafqaz, indiki Azərbaycan, Gürcüstan və Ermənistanın ərazisi hesab olunur.

Haycanı (“ermənicəni”) XIX əsrdə yazı dilinə çevrilməyə çalışılıb. Bu dil, Sasani türkcəsi bölgədəki qıpçaq türkcəsi, ərəb, gürcü və digər dillərlə qarışaraq ortaya çıxan çarpaz dildir. İndiki hayların yarısı xristianlığı qəbul etmiş qıpçaq türklərindəndi.

Haycanın nə vaxt əmələ gəldiyi dəqiq məlum deyil. Lakin ən yaxşı ehtimalla bu dil XII əsrdən sonrakı əsrlərdə, qıpçaqların Qafqaza gəlişindən sonra formalaşmağa başlamışdır. Onun dil kimi yaranması 18-ci əsrin sonlarına təsadüf edir. 19-cu əsrdə ədəbi dilə çevrilməyə çalışılıb.

Lakin bu gün Avropa tarixçiləri Urartu dövlətini ilk erməni dövləti kimi göstərməyə çalışırlar. Urartu assuriyalıların işlətdiyi eksonimdir. Dövlətin əsl adı «Biainili» kimi qeyd olunur. Biainili — Bayan elinin sözündən yaranıb. [Bayan: zəngin, əzəmətli]. Bayan vilayəti adı daha sonra “Van vilayəti” formasına çevrilərək indiki Van (Van gölü və şəhəri) adına çevrilmişdir.

Bayan eli/ili Dövləti Anadolu türk sivilizasiyasının son həlqəsidir ki, assuriyalılar onu əvvəlcə Xətti, sonra Xurri (Hurri), Mitanni və Urartu adlandırırdılar. Bu insanlar öz ölkələrinə “Kür” deyirdilər. Assurların işlətdiyi “Xurri” adı da buradan gəlir. Kür şumer dilində yer, ölkə, dağ mənasını verən “kur” və ya “kir” sözündəndir. Bu söz indiki türk dilinə “kır” kimi çevrilmişdir.

Kür sivilizasiyasının şərq qolu olan Turuklar Tunc dövründə Qədim İranın şimal-qərb bölgələrində, Urmu gölü hövzəsində və Zaqros dağlarının şimal-qərb vadilərində yaşamışlar. Göründüyü kimi, qurlular özlərini Turuk (türk/türk) adlandırırdılar. Neo-Assuriya (e.ə. IX-VII əsrlər) kitabələrində bütün bölgə və onun əhalisi “Lullubi-Turukki” adlanır.

Aşağıdakı xəritələrdən birincisi Sasani, ikincisi isə Bayan ilinə aiddir.

Bu xəbəri paylaşın: