«Putin Sibirdə sığınacaqda gizlənir»

«Nəfəsinizi tutun. Sizə Türkiyə mediasında Rusiya ilə bağlı reportajlara aid bir neçə başlıq oxuyacağam: «Putin koronavirus qorxusundan Sibirdə bunkerə sığındı», «Putin Sibirdə gizli bir sığınacaqda yaşamağa başladı» və sair. Belə xəbərlər detektiv hekayələri geridə buraxır. Mənbə isə «Rusiya mediası»dır».

Fedai.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Türkiyənin dikgazete.com saytının köşə yazarə Fuad Səfərov yazıb.

Müəllif daha sonra qeyd edib ki, bu məlumatları uzun müddət Rusiya KİV-də axtarsa da, tapa bilməyib:

«Məlum oldu ki, «sığınacaq» barədə bu xəbərlər bəzi rus müxalifətçilərin videobloqu və ya hansısa fərziyyələr əsasında hazırlanıb. Daha sonra Rusiyada ən çox oxunan həftəlik «Arqumentı i faktı» qəzetinin müxbiri bu söz-söhbətlər barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovdan soruşdu. Peskov isə “Dedi-qodu hər zaman çox olur. Bunların reallıqla heç bir əlaqəsi yoxdur” deyib».

Fuad Səfərov daha sonra yazır: «Bəs, bu xəbərlərin mənbəyini “Rusiya mətbuatı” olaraq göstərmək nə dərəcədə doğrudur? Əgər belə bir şey olsa, bu xəbəri dərhal mən yazaram. Amma belə bir şey yoxdur!»

Bu xəbəri paylaşın: