Şuşada erməni polislərin ölümü ilə bağlı cinayət işi AÇILIB

2020-ci il oktyabrın 4-də Şuşa Mədəniyyət Evində 27 polis əməkdaşının ölümü ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan məlumat verib.

İş oktyabrın 22-də Ermənistan Cinayət Məcəlləsinin 367-ci maddəsinin 3-cü hissəsi (Hərbi vəziyyət, müharibə zamanı və ya döyüş şəraitində qarovul və ya qarnizon xidmətinin nizamnamə qaydalarını pozma) ilə başlanıb.

Faktla bağlı ilkin araşdırma aparılır. Digər təfərrüatlar isə açıqlanmayıb.

Xatırladaq ki, 2020-ci il oktyabrın 4-də Şuşa Mədəniyyət Evində partlayış baş vermiş, nəticədə 20-dən çox polis əməkdaşı ölmüşdü.

Mənbə: Modern.az

Bu xəbəri paylaşın: