Redaksiyadan: Azərbaycanın bəzi məmurları Qazilərə heç bir ölkədə əlavə imtiyazlar verilmədiyi barədə yalan məlumatlar yayırlar. Son olaylardan sonra bu tendensiya daha da güclənib. Ona görə də yerləşdiyimiz coğrafiyada qonşu ölkələrin verdiyi imtiyazları diqqətinizə çatdıracağıq.
Türkiyədə Qazilərə verilən imtiyazlar nədən ibarətdir?
Türkiyədə Qazilərə dövlət tərəfindən verilən güzəşt və imtiyazlara aşağıdakılar misal göstərilə bilər:
Qazilər və ailə üzvləri, xəstəxanalarda pulsuz mualicə almaq hüququna sahibdir; (Qeyd edək ki, Türkiyədə xəstəxanalar sığorta sistemi əsasında pullu fəaliyyət göstərir).
Qazilərin nəqliyyat vasitələrindən istifadəsi pulsuzdur; (Buraya gəmi, qatar, avtobus, metro daxildir).
Qazi övladlarına orduda və dövlət qulluğunda xidmət üçün şərait yaradılır, imtiyazlar verilir, onlar imtahansız işə qəbul edilir;
Qazilər vəfat etdiyi zaman onlar üçün hərbi mərasim keçirilir;
Qazilərin yaşadıqları mənzil üzrə aylıq işıq pulu ödəmələrinə 40%, su pulu ödəmələrinə 50% endirim edilir;
Qazi övladları imtahansız təhsil təqaüd proqramlarına daxil edilir;
Qazilər ölkə daxilindəki müxtəlif idman yarışlarına pulsuz izləyə bilər;
Qazilər üçün muzey, teatr və digər incəsənət mərkəzlərinə giriş də pulsuzdur;
Qazilər Həcc ziyarətinə Türkiyə Dəyanət İşləri Başqanlığı tərəfindən pulsuz olaraq, növbəli əsasda göndərilir;
Qazilərə Türk hava yollarından ölkə daxili uçuşlar üçün 20%, ölkə xaricinə təkil edilən uçuşlar üçün 40% endirim tətbiq edilir.
Bundan savayı qeyd etmədiyimiz onlarla sahədə qazi və ailələrinə yardım və güzəştlər edilir.
Fb: Təbliğat və Maarifləndirmə