Tramp, COVID-19-un süni mənşəli olması dəlillərini əldə etdiyini bəyan etdi

ABŞ Prezidenti Donald Trump, ABŞ-ın Uhandakı bir laboratoriyada koronavirusun hazırlanmasına dair bir dəlil olduğunu söylədi. Bu barədə RİA Novosti xəbər verir.

«Bəli, var və o məndədir»— deyə o, COVID-19-un süni mənşəli olmasına dair sübutların olub-olmaması sualına cavab verdi.

Lakin ABŞ lideri materialların məxfiliyini əsas gətirərək, hansı dəlillərə sahib olduğunu açıqlamayıb.

Xatırladaq ki, bir xeyli öncə ABŞ-ın Milli Kəşfiyyat Direktorunun ofisindən yeni növ koronavirusun süni və ya genetik modifikasiya edilmədiyini söyləmişdilər.

Nizami Həyatov

Bu xəbəri paylaşın: