
İLHAMİ CƏFƏRSOY
Filologiya elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun «Qədim dillər və mədəniyyətlər” şöbəsinin müdiri
Dünən işə gələndə stolun üstündə avtoreferat gördüm. Rus dilində yazılmışdı. Zoom proqramı ilə müdafiə başladı. Əl işarəsinə barmaq basdım.
Şuranın sədri Möhsün Nağısoyludan soruşdum ki, rus dilində yazılan dissertasiyanı nə üçün müdafiəyə buraxırsınız? Cavab verdi ki, iddiaçı dissertasiyanı Azərbaycan dilində yazıb. Kimdən soruşdum, dedi mənə avtoreferatın rusca nüsxəsini veriblər. Üz tutdum Dilçilik İnstitutunun kitabxanasına. Kitabxanaçı qız dedi ki, dissertasiyalar bizdə yox, Kurşakova Nataliya Nikolayevnanın otağında saxlanır. Yan otağa keçib Nataliya Nikolayevnanın qapısını döydüm.
Xəyalımda təsəvvür edirdim ki, qarşıma gözləri sürməli, fındıqburun, dodaqları şişirdilmiş bir gözəlçə çıxacaqdır. Qapı açıldı. Yaşı 90-ı haxlamış bir qarı gözlərini mənə zillədi. Səhər yediklərimi qaytarmamaq üçün əlimi güclə ağzıma çatdıra bildim. Mən öz anamın dilində soruşdum ki, Nataliya Nikolayevna sənsən? O da öz anasının dilində cavab verdi ki, Da. Arıq əllərilə dissertasiyanı gətirib qoydu qarşıma. Mən öz nənəmin dilində sual elədim ki, bunun Azərbaycan dilində nüsxəsi varmı? O öz nənəsinin dilində cavab verdi ki, Net. Biz necə də multikultural insanlarıq? Öz qadınlarımızın 65 yaşı tamam olan kimi göndəririk pensiyaya. 1938-ci ildə anasının qarnından çıxan Nataliyanı qəbirə qoyulanacan maaşla, mukafatla təmin edirik.
Nataliya Nikolayevna bələkdə nazlananda hələ Müşfiqin, Cavidin mızarının torpağı qurumamışdı. Mən Möhsün Nağısoylunun iranşünas olduğunu bilirdim, ancaq urusşünas olduğunu bilmirdim.
Səhəri gün getdim müdafiə şurasının həmsədrinin yanına. Soruşdum ki, avtoreferatın Azərbaycan dilində nüsxəsini görmüsənmi? Həmsədr xanım yaddaşının 7-ci qatını qurdaladı. Dedi ki, deyəsən görmüşəm. Qoy gedim kağız-kuğuzun arasına baxım.
Kağızları ələk-vələk elədi, kuğuzların altını üstünə çevirdi tapa bilmədi. Həmin məqamda rəhmətlik Leninin məktubu yadıma düşdü. O, 1898-ci ildə Sibirdən sürgündən qaçır. Gəlib çıxır Almaniyaya. Anasına yazır ki, Mama, Hamburq qəbiristanını gəzdim, babamın qəbrini tapa bilmədim. Maması cavab yazır ki, Sınok, sən xristian məzarlarının arasını axtarmısan. Get, yəhudi qəbristanını gəz.
Mən sabah gedib Bakıdakı xristian qəbirlərinin arasını gəzəcəyəm. Tapmasam, yollanacağam Qubaya. Ümidvaram ki, yəhudi qəbristanından dussertasiyanın Azərbaycan dilində olan nüsxəsi tapılacaqdır.
Gənc alimlərin n ə z ə r i n ə
Nə qədər ki, gec deyil, gedin Nataşa-19 vaksini vurdurun. Akademik İsa müəllim kimi, akademik Möhsün nüəllim kimi Kamal sahibləri nə qədər ki, iş başındadır, sizi bizim taleyimiz gözləyir. Deyəcəklər ki, VAK-ın qərarı var. Kimlər urussevərdirsə, onlar akademik ola bilərlər.
VAK yalnız vaqqıldamaq sözünün kökü deyildir. AAK-ın rus dilinə tərcüməsidir.
