Bu ola bilməz «dedilər,» sən fövqəladə güclərə sahibsən. «-Xeyr, — dedi Karageyik.
Cırcıramanı eşitmək üçün fövqəltəbii gücə ehtiyac yoxdur.»
***
“Qızıldərililərin rəisləri qatarla Nyu Yorka gətirildi. Bir heyət onları qarşıladı. Görüşdən əvvəl qonaqları şəhər ətrafında gəzirdilər. Küçələrdə avtomobillərin, iş maşınlarının və inşaat maşınlarının səs-küyü qızıldərililəri təəccübləndirdi.Birara Oglala Lakhotasın rəisi və şamanı olan Heraaka Sápa-Karageyik, burada bir cırcırama mahnısını eşitdiyini söylədi. Digər rəislər təsdiqlədi, ancaq ağ adamlar inanmadılar.
Dedilər ki, şəhərdə bu səs-küyün içində cırcırama səsinin eşidilməsi, burada cırcıramanın olması mümkün deyil. Karageyik təkid etdi. Maşını dayandırdılar. Çıxıb, yaxınlıqdakı parka getdi və bir ağacda cırcırama gördü. Amerikalılar təəccübləndilər …
Dedilər: «Bu, ola bilməz» «Səndə fövqəltəbii gücünüz var.»
«Xeyr»- dedi Karageyik, «cırcırama eşitmək üçün heç bir fövqəltəbii gücə ehtiyac yoxdur.»
«Bəs biz niyə eşitmədik?»-dedilər.
Qarageyik cibindən 50 sent çıxartdı, səkidə gedən insanlar arasında yuvarladı. Birdən hamı «Görəsən məndən düşdü?»-deyə pula baxmağa başladı.
Karageyik yanında olanlardan soruşdu:»Anladınızmı?»
«Anlamadıq» dedilər.
İzah elədi: “İnsan üçün önəmli olan şey onun dəyər verdiyi şeydir. Çünki hər şeyi ona görə duyar, ona görə görər və ona görə də hiss edər.Təbiəti dəyərləndirsəydiniz, cırcırama mahnısını da eşidərdiniz … ”
Selim Sarısoy