Abbas Hüseynli
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov barədə yazılar yazıb, hörmətli Prezidentimizdən onu vəzifədən çıxarması barədə xahiş etsəm də, hələlik heç bir cavab almamışam. Dünyada isə Azərbaycana qarşı erməni diplomatiyasının qələbələrini görür, E. Məmmədyarovun rəhbərlik etdiyi nazirliyin isə yarıtmaz xarici siyasət yeritməsinin şahidi oluruq.
06 may 2020-ci il tarixdə ABŞ-nin 10-cu ştatı qondarma, keçmiş Dağlıq Qarabağ Respublikasının ərazisini deyil, hətta işğal edilmiş ərazilər içərisində olmaqla «Qarabağ» respublikasının müstəqilliyinin tanınması barədə qərar qəbul etdilər. Onların bu Beynəlxalq Hüquq normalarını pozaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı qanunsuz hərəkətləri Xarici İşlər Nazirliyimiz tərəfindən pislənilsə də, Beynəlxalq məhkəmələrə müraciət etmək əvəzinə, elə bil ki, qondarma respublikanı tanıyan ştatlarla eyni mövqe sərgiləyirlər. Hamımıza aydındır ki, dünyada haq-ədalət deyiləsi bir məhvum demək olar ki, yoxdur. Özünü dünya dövlətlərinə demokratik, insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim etməyə çalışan ABŞ-i, orada olan erməni diasporasının əlində bir alətə çevirilmişdir. Nəticəsi də göz qabağındadır.
Sosial şəbəkələrdən görürük ki, Qafqazın şeyxi çox hörmətli Allahşükür Paşazadə ABŞ-nin prezidenti D.Trampa müraciət edərək xahiş edir ki, ABŞ-nın İran İslam Respublikasına tətbiq etdiyi iqtisadi sanksiyalar üzərindən götürülsün. Bu nəzəri cəhətdən baxanda yaxşı hərəkətdir. Lakin, hörmətli Allahşükür Paşazadə Azərbaycanın, Qafqazın şeyxidir. Onun ABŞ-nın 10 ştatının «Qarabağ»ı müstəqill dövlət kimi tanımasından, mənə elə gəlir ki, xəbəri var. Bəs, onda niyə, nə səbəbə görə dini liderimiz bu məsələ ilə bağlı D. Trampa və ya dünya dövlətlərinin dini xadimlərinə müraciətlər etmir? Paşazadə həzrətləri, bu qəbul olunmayacaq duadan birini də Qarabağla bağlı edə bilməzdimi?
A. Paşazadədən fərqli olaraq erməni dini icması dünyada olan dini icmalarla birləşərək,daima Azərbaycan xalqının əleyhinə təbliğat-təşviqat işləri aparır.Onu da burada qeyd etməyə bilmərəm ki, istər, 1989-1994-cü illərdə Allahşükür Paşazadənin müdafiə etdiyi İran İslam Respublikası Ermənistan Respublikasına hərtərəfli maddi yardımlar, eləcədə Azərbaycana qarşı kəşfiyyat məlumatları vermişdir. Bunu İran İslam Respublikasının həm dini lideri, həm də dövlət başçıları dəfələrlə fəxrlə qeyd edirlər. Hətta indinin özündə belə İran İslam Respublikasının Qarabağ separatçılarına daima neft-yanacaq məhsulları və ərzaqla təmin etməsi gün kimi bütün dünyaya, eləcədə hörmətli Allahşükür Paşazadəyə məlumdur. Bəs nə əcəb İranın o mollabaşılarına müraciət etmir ki, «ey pədəri süxtə» niyə bölgədəki terrorizmi və separatizmi yemləyirsiniz? Niyə şiə-İslam bayrağı dalında gizlənərək xristian terrorizmini ifşa etmək əvəzinə qol-boyun olursunuz?
Hərdən öz-özümə fikirləşirəm. Biz niyə beləyik, niyə düşmənlərimizə, haqla olsaq belə qalib gələ bilmirik. Dərhal yadıma Adolf Hitlerin bu sözləri gəlir. O, deyirdi ki, düşmənlərinə qalib gəlmək istəyirsənsə, silahında olan 10 mərmidən 9-nu içərinizdə olan xainlərə, birini isə düşmənə atsanız onda qalib gələ bilərsiniz.
Həqiqətən də biz öz içərilərimizdə olan xain və satqınlara qalib gələ bilməsək, onda düşmənlərimizə qalib gəlib, Qarabağımızı işğaldan azad edə bilməyəcəyik...