Ermənistanın «nə yardan doyur, nə əldən qoyur» siyasəti

Radio aparıcısı Ermənistanın baş nazirinə iki dəfə təxribat xarakterli sual verib və hər iki dəfə də eyni cavabı alıb.


Sputnik-in yazdığına görə Ermənistan bütün tərəflərlə münasibətləri inkişaf etdirməyə davam edəcək, — Ermənistanın baş naziri Nikol Paşinyan Stiven Sakurun Ermənistanın hansı yolu — Rusiyanı, yoxsa Qərbi seçəcəyi sualına cavab verərkən deyib.


«Rusiya Ermənistanın çoxdankı müttəfiqidir, Avropa İttifaqı məxməri inqilabdan sonra başlanmış böyük islahatların həyata keçirilməsində ölkəmizi dəstəkləyir», — deyə baş nazir BBC Dünya Xidməti radiosunda Hardtalk proqramında deyib.


Paşinyan izah edib ki, Rusiya Ermənistanın bütün sahələrdə, xüsusilə də iqtisadiyyat və təhlükəsizlik sahəsində strateji tərəfdaşıdır və Ermənistan Avropa İttifaqı ilə Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi imzalayıb, beləliklə, ölkə bütün tərəflərlə əlaqələri inkişaf etdirməyə davam edir.

«Ancaq Ermənistan NATO ilə münasibətlərini gücləndirməyə çalışsa, Türkiyə ilə münasibətləri gərginləşdirdiyi üçün problemlər yaranacaq. Bundan başqa, İranla əlaqələrə görə ABŞ-la münasibətlər pisləşib. ABŞ sizdən sanksiyalar tətbiq etməyi xahiş edib, amma siz imtina etdiniz”, — deyə Sakur öz növbəsində bildirib.Ermənistanın «nə yardan doyur, nə əldən qoyur» siyasəti Radio aparıcısı Ermənistanın baş nazirinə iki dəfə təxribat xarakterli sual verib və hər iki dəfə də eyni cavabı alıb.


Sputnik-in yazdığına görə Ermənistan bütün tərəflərlə münasibətləri inkişaf etdirməyə davam edəcək, — Ermənistanın baş naziri Nikol Paşinyan Stiven Sakurun Ermənistanın hansı yolu — Rusiyanı, yoxsa Qərbi seçəcəyi sualına cavab verərkən deyib.

«Rusiya Ermənistanın çoxdankı müttəfiqidir, Avropa İttifaqı məxməri inqilabdan sonra başlanmış böyük islahatların həyata keçirilməsində ölkəmizi dəstəkləyir», — deyə baş nazir BBC Dünya Xidməti radiosunda Hardtalk proqramında deyib.


Paşinyan izah edib ki, Rusiya Ermənistanın bütün sahələrdə, xüsusilə də iqtisadiyyat və təhlükəsizlik sahəsində strateji tərəfdaşıdır və Ermənistan Avropa İttifaqı ilə Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi imzalayıb, beləliklə, ölkə bütün tərəflərlə əlaqələri inkişaf etdirməyə davam edir.


«Ancaq Ermənistan NATO ilə münasibətlərini gücləndirməyə çalışsa, Türkiyə ilə münasibətləri gərginləşdirdiyi üçün problemlər yaranacaq. Bundan başqa, İranla əlaqələrə görə ABŞ-la münasibətləriniz pisləşib. ABŞ sizdən sanksiyalar tətbiq etməyi xahiş edib, amma siz imtina etmisiniz”, — deyə Sakur öz növbəsində bildirib.

Bu suala Paşinyan cavab verib ki, Ermənistanla İran arasında ticarət və yaxşı münasibətlər davam edəcək.


“Biz ABŞ-la münasibətlərimizin möhkəm olması üçün əlimizdən gələni edəcəyik”, — deyə baş nazir bildirib.

Elnur Səlim

Bu xəbəri paylaşın: