Dövlət Sərhəd Xidmətinin helikopterinin noyabrın 30-da Xızı rayonu ərazisində «Qaraheybət» aviasiya poliqonunda təlim zamanı qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərdən 11-i II Şəhidlər xiyabanında dəfn edildilər.
Qəzada həlak olan 3 hərbçi — polkovnik Cavadov Füzuli Əli İbram oğlu Zirədə, kapitan Əliyev Xəyyam Əlixan oğlu Əmircanda, baş leytenant Nağıyev Fərid Təyyar oğlu isə Beyləqanda dəfn olunması barədə məlumat vermişdik.
Bu qərar onların ailələrinin istəyi ilə verilib.
«Qaraheybət» aviasiya poliqonunda təlim zamanı qəzaya uğramış helikopterdə həlak olmuş şəhid Fərid Təyyar oğlu Nağıyev Beyləqan rayonunda Şəhidlər Xiyabanında dəfn olunub. Fərid Təyyar oğlu Nağıyev Beyləqan rayonu Şərq qəsəbəsində doğulub.
Keçirilən dəfn mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan və Xocavənd rayon şöbəsinin üzvləri də yaxından iştirak ediblər.
Allah rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə müxbir





