Sosial inkişaf tədbirləri ordu mənsublarına, şəhid ailələri və qazilərə nə vəd edir?

“Sosial inkişaf layihəsinin hazırlanması başa çatdırılıb. Layihə Prezident İlham Əliyevə təqdim edilib”.

Fedai.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında deyib.

O vurğulayıb ki, gələn ilin dövlət büdcəsi müstəqil Azərbaycanın ən böyük büdcəsidir.

Hökumət başçısı bildirib ki, böyük qələbədən sonra yaranmış yeni çağırışlar dövlət büdcəsinin layihəsində nəzərə alınıb.

O deyib ki, hərbçilərinin sosial, məişət, xidmət sahələri ilə bağlı şəraitin yaxşılaşdırılması hökumətin diqqət mərkəzindədir.

“Ordu quruculuğunun daha da gücləndirilməsi Ali Baş Komandan tərəfindən qarşımıza qoyulan ən vacib məsələrdən biridir” — deyə Baş Nazir qeyd edib.

Ə. Əsədv deyib: “Gələn ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi nəzərdə tutulub”.

O bildirib ki, əməkhaqqının və pensiyanın artırılması ilə bağlı maliyyə təminatı yaradılıb: “Vətən Müharibəsi Qəhrəmanlarının, şəhidlərin ailə üzvlərinin, qazilər sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzindədir”.

Xatırladaq ki, gələn il Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 26 816 milyon manat, xərclərinin isə 29 879 milyon manat olacağı gözlənilir. Bunlar 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,4% və 4,7% çoxdur. Son nəticədə büdcədə 3 063 milyon manat kəsir yaranacaq ki, bu da illik müqayisədə 1,7% azalma deməkdir.

Büdcə gəlirlərinin 25 874,5 milyon manatı mərkəzləşdirilmiş, 941,5 milyon manatı isə yerli gəlirləri, büdcə xərclərinin isə 28 900 milyon manatı mərkəzləşdirilmiş, 979 milyon manatı isə yerli xərclərdir.

Bu xəbəri paylaşın: