Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi veteranları şəhidlərimizlə bağlı silsilə tədbirləri davam etdiriblər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədovun rəhbərliyi ilə müharibə veteranlarımız Beyləqan rayonunda şəhid Rahil Şəmil oğlu Məmmədlinin 40 mərasimində iştirak ediblər.
Şəhid Rahil Şəmil oğlu Məmmədli 44 günlük Vətən müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonları uğrunda qəhrəmanlıqla döyüşüb. Onun xidmətləri medallarla təltif edilib. 40 gün öncə isə Hadrut ərazisində avtomobil qəzası nəticəsində şəhid olub.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov 40 mərasimində iştirak edərək, AVMVİB sədri Füzuli Rzaquliyevin adından şəhidin ailəsinə başsağlığı vermiş və Birlik adından Fəxri fərmanı şəhidin ailəsinə təqdim ediblər.
Allah rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan



