
Süleyman Əliyarlı
(1930–2014)
Tarix elmləri doktoru, professor
Rəhmətlə anırıq…
(Əvvəli: https://fedai.az/?p=55499)
Sonra aydın şəkildə izləmək olur ki, bu konsepsiyanı ortaya qoyan Azərbaycan alimləri, AMEA-nın Tarix İnstitutunun əməkdaşları xüsusi hazırlıq işlərinə də qatılmışlar. Məsələn, onlar duyurdular ki, antropoloji biliklər, araşdırılmalar aparılmazsa, müəyyən etmək, sübut etmək mümkün olmayacaq ki, bu iranlıdır, yoxsa türkdür. Niyə kiçik xalqlar öz dilində qaldı, amma ərazicə bu taydan bir neçə dəfə böyük olan Cənubi Azərbaycan dəyişdi? Bunu sübut etmək üçün antropoloji tədqiqatlar lazım idi. Bunlar bu səpgidə bircə nəfər antropoloq götürdülər. O, mərhum Rəbiyyə Qasımova idi. Rəbiyyə Qasımova nə yazırdı, onun yazdıqları Qəvvam əs-Səltənənin dedikləri ilə nə dərəcədə eynilik təşkil edirdi? Bunu özünüz müşahidə edəcəksiniz.
Diqqət yetirin, Rəbiyyə xanım yazırdı: “Южных и Северных азербайджанцев объёдиняет только тюркский язык, который нельзя считать родным языком современных азербайджанцев, так-как он насильно был навязан местному насилению Азербайджана элементами восточного происхождения”. Rəbiyyə xanımın kitabı 1975-ci ildə çap olunub və kitab “Антропологические исследования современного населения Азербайджана” adlanır. Müəllif bir də yazırdı: “Mən qarşıma belə bir məqsəd qoymuşam ki, əvvəlcə Azərbaycanın həm qədim İran mənşəli əhalisinin, həm də Azərbaycanın yerli, aborigen əhalisinin xüsusi çəkilərini müəyyən edim”. Sonra isə “Определить удельный вес элементов восточного происхождения (монголоид)”.
Başqa tarixçilər bu tezisləri tutdular. Onlar bunu antropoloji tədqiqatların nəticəsi kimi dəyərləndirməyə başladılar. Əhməd Kəsrəvi deyir: “Onlar türk deyillər və türk dili də onların ana dili deyil”.
“Quzey və Güney Azərbaycanı birləşdirən yalnız və yalnız onların ana dili olmayan türk dilidir,” – deyən Rauf Hüseynovun, İqrar Əliyevin, Əlisöhbət Sumbatzadənin yazılarında bu məsələyə kifayət qədər toxunulmuşdur. Vaxtımız olsa, bu haqda geniş danışa bilərdik.
Ancaq mən bir şeyi demək istəyirəm ki, Azərbaycan xalqının antropoloji quruluşunun dəyişməz olduğunu Rəbiyyə xanımın tədqiqat apardığı zamanlar böyük Sovet alimləri də yazırdılar. Amma onların – Rəbiyyə xanım və Sovet alimlərinin aldığı nəticələr daban-dabana zidd idi. Mən onlardan bir neçəsinin adını çəkmək istəyirəm.
Birincisi, professor Bunakın fikrini sizin diqqətinizə çatdırmaq istəyirəm. O yazırdı: “Во втором тысячилетия до нашей эры в Евроазийской степи жили люди — евровзийская ветвь евронеоидного ствола. Ей представителями являются типы афанасьевской и андроновской культур, а в настоящее время Каспийский тип, характерный для азербайджанцев и туркмен”.
Bu əsər 1956-cı ildə, Rəbiyyə xanımın əsərindən 20 il əvvəl çap olunub. Buna kifayət qədər tanınmış və çəkisi olan bir alim idi. Rəbiyyə xanımın rəhbəri Debets isə 1951-52-ci illərdə Azərbaycanda antropoloji eksedisiyaya başçılıq etmişdir. Sonra onu buradan uzaqlaşdırdılar. Görünür, nahaq yerə deyildi. Çünki bu adamlar həqiqəti gizlətmirdilər. Rus alimlərinin içərisində obyektivliyini qurban verməyən tarixçilər, tədqiqatçılar hər zaman olmuşdur. Onu buradan kənarlaşdırdılar və o, Azərbaycan sərhədlərinin şimalına – Dağıstana getdi. Dağıstan əhalisinin, orada yaşayan azərbaycanlıların, ləzgilərin, avarların və digər xalqların antropoloji tədqiqatını apardı. Apardığı tədqiqatların nəticəsi belə oldu: “В Азербайджане повсеместно преобледает Каспийский тип”. Yəni Azərbaycanda nə İran, nə də Qafqaz-İber antropoloji tipi aparıcı yer tutmur. Sonra davam edir: “Ни одна Дагестанская группа, за исключением дербендских азербайджанцев, не может считаться характерной для этого (Каспийского) типа”.
Onun fikrincə, azərbaycanlıların və türkmənlərin antropoloji quruluşu köklü dəyişikliyə uğramamışdır, ancaq onlar İran və ya Qafqaz–İber deyil, Kaspi tipinə mənsubdurlar. Belə də yazırdı: “В глубокой древности в Восточном Закафказье и в южных районах Средней Азии жили люди, почти не отличавшиеся от современных азербайджанцев и туркмен. На оснавании этих данных следует сделать вывод, что предками современных азербайджанцев и туркмен были древние племена, жившие на той же терретории и обладавшие теми же признаками” (Каспийскими – S.Ə.).
Sovetlər Birliyinin nəhəng antropoloqlarının fikirlərini sizə çatdırıram. Tanınmış gürcü alimi, böyük sovet antropoloqu Abduşelilişvilinin 1980-ci ildə Moskvada, SSRİ EA-nın “Nаukа” nəşriyyatında “Новые данные к анропологии Северной Индии” adlı kitabı çapdan çıxmışdır. Bu kitabda və müəllifin bir sıra başqa tədqiqatlarında Zaqafqaziya xalqlarının antropoloji öyrənilməsinə geniş yer verilmişdir. Müəllif belə bir nəticəyə gəlmişdir ki, Borçalı türklərində Qafqaz-İber cizgisi yoxdur. Bununla bərabər Borçalı türklərini Azərbaycanın iki rayonu, səhv etmirəmsə, Ağsu və Cəlilabad əhalisinin antropoloji quruluşu ilə müqayisə etmişdir. Bütün parametrlər üzrə aldığı nəticə bundan ibarətdir: “Qafqaz–İber antropoloji tipinə məxsus xüsusiyyətlər qismən də olsa, Azərbaycan türklərinə aid edilə bilməz”. Dərbənd azərbaycanlılarının da antropoloji quruluşu nə ləzgilərə, nə avarlara bənzəmir. Onların da antropoloji quruluşu Ağsu və Cəlilabad əhalisininki ilə eynidir. Bunu akademik Alekseyev də yazmışdı.

İndi isə icazə verin mövzunun ikinci hissəsi, yeni çoxcildli “Azərbaycan tarixi” haqqında söhbətə keçim. Etnogenezis və tarixmizin sonuncu çoxcildli akademik nəşri 1990-cı illərin sonundan ilk cildləri çap üzü görən yeni çoxcildli “Azərbaycan tarixi” də bu ümidləri doğrulda biləcək səviyyədə buraxılmadı. Yeni nəşrdə də Güney azərbaycanlıların ulu əcdadlarının İran, quzeylilərin isə Qafqaz-İber mənşəli olmaları haqqında sovet ideoloji mərkəzlərinin bir zaman ortaya gətirmiş olduğu və Azərbaycan alimlərindən bəzilərinin (İ. Əliyev və b.) inadla müdafiə etdiyi köhnə fikirlər yenı özünə yer ala bildi. Çoxcildliyin ikinci cildində etnogenezis mōvzusuna nəhayət ki, ümumi baxış bildirmək iddiasında olan ayrıca bir fəsil həsr edilmişdir. Sıra ilə XIV olan bu fəsil «Azərbaycan xalqının və Azərbaycan dilinin formalaşmasının başa çatması» mövzusundadır (müəllif N. Vəlixanlı).

Belə bir “taleyüklü” (bu kəliməyə mətndə bir neçə yerdə rast gəlmək olur) mövzu ilə bağlı kitabın konsepsiyasının nədən ibarət olduğunu söyləmək o gədər də asan iş deyildir. Müəllif öz mövqeyini maksimum gizlətməyə çalışsa da, mövzu ilə bağlı “indi iki mülahizənin” ( Konsepsiyanın olması –S.Ə.) olduğunu etiraf etmək zorundadır:
“1) Azərbaycan xalqının etnogenezisində yerli (Qafqaz mənşəli) etnoslarla yanaşı gəlmə (türkdilli və İrandilli) etnoslar da iştirak etmiş, tarixən türkdilli etnoslar böyük üstunlük təşkil edərək b.e. XI–XII əsrlərində türkdilli Azərbaycan xalqının formalaşmasına gətirib çıxarmışdır;
2) Azərbaycan xalqı ta qədimdən bu ərazidə yaşayan yerli türk etnosların və… türk dillərində danışan digər tayfaların qaynayıb-qarışmasından yaranmış… Azərbaycan türkləri erkən dövrlərdən türk (prototürk, erkən türk) dilində danışmış və heç bir başqa xalqdan dönməmişdi”.
(Ardı var)


