Ermənistan Milli Təhlükəsizlik Xidməti bir qrup şəxs tərəfindən dövlətə xəyanət faktı üzrə cinayət işinin istintaqının başa çatması barədə məlumat yayıb.
MTX mətbuat xidmətinin məlumatına görə, araşdırma zamanı məlum olub ki, daimi işi və gəlir mənbəyi olmayan Ermənistan Respublikasının iki vətəndaşı iş axtarmaq üçün İstanbula gedib. Onlar orada Azərbaycan xüsusi xidmət orqanlarının baxış dairəsinə düşüblər, işə götürülüblər və maddi mükafat müqabilində Ermənistan Respublikasının ərazi toxunulmazlığına və xarici təhlükəsizliyinə xələl gətirəcək hərəkətlərə razılaşıblar. Bununla da düşmən tərəfinə keçərək casusluq etmiş, dövlət sirri olan məlumatları toplayaraq xarici dövlətin hələ müəyyən edilməmiş nümayəndələrinə ötürmüş, bununla da düşmənə qüvvə və vasitələrin dəqiq hesablamalarını aparmağa real imkan yaradılmışdır.
Müxtəlif ərazilər üçün tapşırıqların yerinə yetirilməsinə daxil olan qüvvə və vasitələrin sayını müəyyənləşdirilməsini, onlara uyğun olaraq taktiki dəyişiklikləri həyata keçirilməsini, habelə vəzifələrin mümkün miqyasını və Ermənistan Respublikası Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrinin hərəkətlərinin mümkün xarakterini əvvəlcədən müəyyənləşdirilməsini həyata keçirmişlər. Bu məlumatlar Qüvvələrin döyüş əməliyyatlarının aparılması zamanı məqsədyönlü və effektiv surətdə məhv edilməsi üçün əlverişli şərait yaratmış və nəticədə Artsax müdafiə ordusunun bölmələrinə həvalə edilmiş tapşırıqların lazımi şəkildə yerinə yetirilməsinə mane olmuş və Ermənistan Silahlı Qüvvələri müdafiə xəttini yarmaq və keçmək üçün əlverişli şərait yaratmışdır. Düşmən qoşunlarını bu istiqamətdə daha da irəli apararaq, beləliklə, Ermənistan Respublikasının ərazi toxunulmazlığına və xarici təhlükəsizliyinə yol açmışdır.
Noyabrın 26-da cinayət işi təsdiq edilərək məhkəməyə verilməsi üçün prokurorluğa göndərilib.
News.am — ın materialı əsasında: Əli Nəsib Zərdabi