Prezident: «Qarabağı görməyən gənc nəsil yetişdi, onlar Qarabağı canı-qanı bahasına azad etdilər»

Qarabağı görməyən gənc nəsil yetişdi, onlar Qarabağı canı-qanı bahasına azad etdilər.

Bunu Prezident İlham Əliyev dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsində sakinlərlə görüşü zamanı deyib.


Dövlət başçısı bildirib:


«Qarabağ müharibəsinə, bu, bizim hamımızın Qələbəsidir. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə, öz işi ilə o müqəddəs günü yaxınlaşdırırdı. Biz bütün işğal dövründə Qarabağı ürəyimizdə saxlamışdıq və Qarabağı görməyən gənc nəsil yetişdi. Onlar Qarabağı canı-qanı bahasına azad etdilər. Tarixi ədaləti bərpa etdik, xalqımızın ləyaqətini bərpa etdik. İndi isə artıq yeni dövr başlayır».

Bu xəbəri paylaşın: