SAAKAŞVİLİYƏ QARŞI GÜLÜNC İTTİHAMLAR…

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin məhkəməsində prokuror Batumidə ABŞ dövlət katibi Hillari Klintona verilən ziyafət zamanı ödəniş çekini tələb edib. 

Bu barədə M.Saakaşvilinin vəkilləri məlumat yayıb .

“Prokuror Hillar Klinton üçün alınmış Red Bull içkisinin ödəniş qəbzini tələb edir”-deyə məlumatda bildirlir.

Sabiq prezidentin sosial şəbəkədəki səhifəsində cinayət işinə tikilmiş həmin çekin fotosu da yayılıb. Bu çek 5 iyun 2012-ci il tarixinə aiddir. Həmin tarixdə Gürcüstan prezidenti Saakaşvili ABŞ dövlət katibi Hillari Klintonun rəhbərlik etdiyi nümayəndə heyətini Batumidə qəbul edib.

“Çay 3 lari, limon 2 lari, qoz və enerji içkisi- Bu sabiq prezidentə qarşı qaldırılmış cinayət işindəki çeklərdən biridir”- deyə foto şərhdə vurğulanır.

Mənbə: Qafqaz.media

Bu xəbəri paylaşın: