ABŞ Dövlət katibinin köməkçisi 10 erməninin təhvil verilməsindən danışdı

Xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığı baş tutub.

Karen Donfrid Azərbaycanın 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verməsini, habelə Ermənistanın mina xəritələrini Azərbaycana təqdim etməsini müsbət bir hal və münasibətlərin normallaşması istiqamətində irəliləyiş kimi dəyərləndirib.

Xatırladaq ki, 10 nəfər erməni əsilli hərbi qulluqçunu təxribat məqsədiylə ölkəmizə soxulan zaman əsgərlərimiz əsir götürmüşdü. Təhvil verilən ermənilərin siyahısı belədir:

Yerimyan Narek Volodyaeviç
Arakelyan Araik Arşaluisoviç
Əmirxanyan Serjik Samsonoviç
Akopyan Gevorq Araikoviç
Nalbandyan Robert Mamikonoviç
Sarkisyan Harut A.
Manasyan Artem Surenoviç
Avetisyan Erik Unanoviç
Arman Tevosyan
Akopyan Tiqran Armenoviç.

Bu xəbəri paylaşın: