Nikol Paşinyan: Ermənistanın əsas məqsədi «Artsax respublikasının» beynəlxalq səviyyədə tanınmasıdır

Armİnfo. Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlar zamanı heç bir daxili və ya xarici qüvvə bizi qorxuya sala bilməz. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin kürsüsündən çıxışı zamanı deyib.

O qeyd edib ki, Ermənistanın əsas məqsədi «Artsax respublikasının» beynəlxalq səviyyədə tanınmasıdır. Bu məqsədlə dəqiq danışıqlar aparırıq. «Artsax» məsələsində danışıqlar aparmaq üçün məlum bir mandatımız var. Və «Artsaxın» beynəlxalq səviyyədə tanınması üçün hər cür səy göstərməyə hazırıq. İndi danışıqların bütün təfərrüatlarını aça bilmərəm, amma bu məsələyə dair konkret həll yolları olduqda, biz onları ictimaiyyətə təqdim edəcəyik.

Baş nazir Qarabağ məsələsində bütün detallar müzakirə olunana qədər heç bir son qərar verilə bilməyəcəyini vurğuladı.

Azərbaycan Prezidenti münaqişəni sülh yolu ilə həll etmək əzmindədir, ATƏT-in Minsk Qrupu həmsədrləri və biz də buna meylliyik. Həm biz, həm də Azərbaycan rəhbərliyi bu sahədə konstruktivik. Ancaq məsələ çox mürəkkəbdir və dərhal həll etmək asan deyil. Dəfələrlə qeyd etdim ki, münaqişənin həlli Ermənistan, Artsax və Azərbaycan xalqları üçün məqbul olmalıdır », -deyə Paşinyan öz nitqini yekunlaşdırıb.

P.S. Bəs bu torpaqların hələlik də olsa de yure sahibi olan Azərbaycan xalqına nə vaxt və kim hesabat verəcək?!

Bu xəbəri paylaşın: