TARİXLƏ YAŞID OLAN AZƏRBAYCAN BİR SAK ÖLKƏSİDİR…

Bəzi sapı bizdən olan «erməni dəhrələri» AZƏRBAYCAN adının sonradan uydurulduğunu tez-tez paylaşırlar. Xüsusən də etnik separatizmə meyilli antitürk ünsürlər tez-tez bu cür boşboğazlıqlara yol verirlər. Torpağımda yer verdiyim gəlmələr özlərini aborigen, Ev sahibini isə qonaq saymaqdan da çəkinmirlər. Hər birinizin gəliş «bilgiləriniz» məlumdur…

Birincisi, bildirim ki, çapa hazırladığım «Dilin tarixi, tarixin dili» adlı kitabımda həm Azərbaycan adının həqiqi mənasına, həm də bu adın qədimlikdə tarixlə yaşdaş olmasına geniş yer vermişəm. İkincisi, o faktları kitabdan öncə yaymaq istəmədiyimə görə, daha üzdə olan bir-neçə faktı diqqətinizə çatdıracağam.

İlk olaraq dahi Nizami Gəncəvi böyük şair omaqla yanaşı, həm də Şərq tarixinin, xüsusən də Türk tarixinin gözəl bilicisi olub. O, «İsgəndərnamə» poemasında «Xəzər dənizindən Çin dənizinə, hər yerin türkə məxsus olduğunu» yazmaqla yanaşı, bir neçə yerdə İsgəndərlə görüşə gələn Böyük Azərbaycan elçisindən söz açır. Yəni eradan əvvəl baş verən «türk canlı, rum qiyafəli İsgəndər» (N. Gəncəvi) dediyi sərkərdənin yürüşü zamanlarında bu adı çəkməsi təsadüf deyil. E.ə. 336 — E.ə. 323-cü illəri əhatə edən hadisələr zamanı Böyük Azərbaycan adı çəkən şair, əsərdə Firdovsini yalançı adlandırır. Yəni eradan əvvəl çəkilən «Azərbaycan» adını görmək istəyənlər əsəri bir də vərəqləsinlər.

TARİXLƏ YAŞID OLAN AZƏRBAYCAN

Yaxud İrəvanda ermənilərin sevə-sevə bütün əsərlərini çap etdikləri qondarma akademikmiz İqrar Əliyev («Azərbaycan tarixi»), yunan mənbələrində rast gəldiyi «Madi Atropaten» sözünü «Midiyalı Atropat» kimi yozur (e.ə. VIII əsr).

Eradan əvvəlki mənbələrdə verilən bu ad əslində «Midiya Azərbaycanı» anlamında işlədilib. Avrosentristlərin sifarişiylə milli satqınlarımız və rus-fars cızmaqaraçılar belə bir satrap uydurdular. «Midiya satrapı Atropat bu döyüşdə özündən asılı olan kadusilər, qafqaz albanları və sisaklarla ittifaqda vuruşmuş, madayların süvari və piyada dəstələrinə başçılıq etmişdi. Çağdaş tarixçilər belə hesab edirlər ki, o dövrdə Atropat orta əsrlər Azərbaycanının bütün ərazisini, həmçinin Böyük Midiya torpaqlarının bir hissəsini öz tabeliyində saxlayırdı. Həmin döyüşdən sonra Dara Ekbatana qaçır və Atropat tərəfindən sığınacaq verilir. E.ə. 330-cu ildə yenidən qaçmağa məcbur olan Dara bir neçə ay sonra öldürülür və Atropat İsgəndərə tabe olur».

Yəni İ. Əliyevin dediyi Madi Atropaten daha sonra satrap Atropata çevrildi. Nizami isə daha dəqiq olaraq bunu BÖYÜK AZƏRBAYCAN adlandırmışdı. Yəni İsgəndərlə Midiya Azərbaycanının elçisinin görüşdüyünü qeydə almışdı. Amma Avrosentrizm kahinləri uydurduqları tarixdə həmişə bolluca səhvlər, yanlışlıqlar buraxmaqdadırlar. Sadəcə onların bu səhvlərini ört-basdır etmələri üçün ciddi elmi mərkəzlər fəaliyyətdədirlər…

Sadəcə bu tarixi faktın özündə də Azərbaycanın sak-oğuzların ölkəsi olması görünür. Midiyalılar, sisaklar, albanların birgə mübarizəsinin kökü onların sak ölkələri, eyni toplum olmaları ilə bağlı idi. Sak (sang) tariximizi alt-üst edənlər bu adı irandilli elan etməyə çalışırlar, amma (X əsr) Almış xaqan öz nitqinə: «Ey mənim Sak (skif) qardaşlarım!»- deyə başlayıb və anamız Tomris xatunu xatırlatmışdı (Anonim macar səlnaməsi). Şah İsmayıl Xətaiyə Sultan Səlim rişxəndlə Sak, Əfrasiyab dediyi məktublardan məlumdur. Şah İsmayılın Sultan Səlimə skif (sak) məktubu göndərməsi də yaxın tarixin izləridir.

TARİXLƏ YAŞID OLAN AZƏRBAYCAN

Digər bir yazı isə pəhləvicə Dərbənd divarlarında qalmaqdadır və burada da Azərbaycan adı işlənməsiylə yanaşı, Pəhləvi dilinin Azərbaycan türklərinin bir dialekt nümunəsi olmasını təsdiqləyir. Bu yazı VI əsrdə Dərbənd şəhərinin müdafiə divarlarında Pəhləvi dilində həkk edilmiş yazılardan biridir: «Dara, Adurbadaqanın amarqarı (yəni Azərbaycanın maliyyə işləri üzrə baş məmuru)» mənbə: «DARBAND EPIGRAPHY i. Middle Persian Inscriptions». Encyclopædia Iranica. 2016.

Başqa bir tərəfdən pəhləvi dilinin hansı dilə yaxınlığı mətndən aydın görünməsi izlənilir…

Bu yazıda sadalanmış faktlara bir «tarix» fakültəsində oxumuş «tarixçi» yamanca əsəbiləşmişdi. Bildirirdi ki, sak-skif-sang-skuz və s. adlandırılan tayfalar irandilli bir tayfadır. Sak-Oğuz haradan çıxdı? Və s. və i.a…

Ondan sak dilində neçə söz bildiyini soruşanda bu tarixçi dedi ki, mən filoloqam? Belə yerdə bərəkallah dedim və tarixi bilmək üçün tarix fakültəsində oxumaq deyil, tarixi mənbələri saf-çürük etməyi, oxumağı bacarmaq və bir də araşdırdığın dövrü təsfir etmək üçün bütün elmləri bilməyin lazımdır. Arxeologiya, antropologiya, coğrafiya, astronomiya, heliobiologiya, rassologiya, klimatologiya, linqivistik filologiya, mifologiya və s. elmlərdən xəbərsiz olanları tarix elmi, heç öz zibilliyinə də yaxın buraxmaz.

"TARİXLƏ YAŞID OLAN AZƏRBAYCAN" yazısına söz ardı

Sadəcə bu tarixçiyə Ukraynanın Xerson şəhərində yerləşən Sak-Oğuz kurqanı haqqında ensklopeik məlumat verməyi özümə borc bildim. Yəqin ki, bu adamın bu arxeoloji faktdan da xəbəri yoxdur. Çox güman ki, İqrar Əliyev kimilərinin zir-zibiliylə beynini doldurublar və gözünə hər şey «iran dilli» görünür.

Oğuz-skif çar kurqanı rus vəhşiliyinə məruz qalmış bir arxeoloji abidədir. Şahidlərin dediyinə görə bu kurqandan miqdarı bilinməyən ölçüdə qızıl əşya daşınıb. 19-cu əsrdən bu kurqanda araşdırmalara başlanıb. O vaxtlar kurqanın hündürlüyü 20 metr, diametri 380 metr olub.Kurqanın mərkəzində 6 metr dərinliyində daş məzar yerləşirdi.

"TARİXLƏ YAŞID OLAN AZƏRBAYCAN" yazısına söz ardı

Məzarın yerləşdiyi toponimdə açar rolunu oynayan SAROQUZ bu gün cüzi dəyişikliyə məruz qoyulmaqdadır. Əslində Sar Oğuz- Çar Oğuz anlamındadır. Azərbaycanda Sarşen, Sarsang kimi toponimlər bu gün də qalmaqdadır. Və bu sözlər «çar şəhər», «çar sang» (çar Skiflər) anlamındadır.

Ukraynada e.ə. 4-cü əsrdə Daranı, Makedoniyalı İsgəndərin atası Filippi məğlub edən Sak-Oğuz dövlətinin qoruyucu kurqanları eyni coğrafi xətt üzrə dörd kurqan Oğuz kurqanından 100 km məsafədə Soloxa, Kozel, Çertomlık adlı kurqanlar sıralanıb.

"TARİXLƏ YAŞID OLAN AZƏRBAYCAN" yazısına söz ardı

Bu məzardan çıxarılmış tarixi incilər Ermitaj muzeyində Ukrayna inciləri adıyla saxlanılmaqdadır. Bu kurqan arxeoloqlar N. Veselovski, V. Rotom, A. Leskov, Y. Botrik və başqaları tərəfindən araşdırılıb. Y. Boltrik Oğuz kurqanının sakların əfsanəvi çarı Ateyin varisinə aid olmasını irəli sürüb…

Bəzi iddialara görə, bu Kurqan elə Oğuz xaqana məxsusdur. Belə faktları avrosentristlərin yaratdığı fakültələrdə öyrətməzlər.

Beləliklə, Azərbaycan adına, onun tarixi varlığına və onun gələcəyinə şübhə ilə yanaşan erməni əlaltıları, düşünün:

Ya bu məmləkəti sevin, ya da tərk edin!

Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: