Tarix Azərbaycandan başlayır…

Ravil Nuhvadili

(Əvvəli: http://fedai.az/?p=5784)

«Qaf»(Qafqaz dağının ərəbcə adı) surəsi

12. Onlardan əvvəl Nuh qövmü, Rəss əhli, Səmud (tayfası elçiləri) yalançı saydı.

Furqan surəsi

37. Biz Nuh qövmünü elçiləri yalançı saydıqları zaman suda batırdıq və onları insanlar üçün bir ibrət etdik. Biz zalımlar üçün sarsıdıcı bir əzab hazırlamışıq.

38.Biz, Adı(Azı), Səmudu, Rəss əhlini və onların arasında olan bir çox nəsilləri də (məhv etdik).

Burada adı çəkilən «rəss əhli» adlarını Araz çayına verərək, Nüvədi kəndindəki Qarqa(r) dağındakı daşlara həkk edərək bu günkü nəsillərə çatdıran ƏR AZ xalqının ərəbcə adıdır. İslam peyğəmbəri hz. Məhəmməd in (s) «elmin qapısı» adlandırdığı İmam hz. Əliyə (ə) rəss qövmü barədə soruşduqda, rəss qövmünün Ərrəs(Araz) çayının sahilində yaşayan, Nuh oğlu Yasəfin ölümündən sonra, sənubər ağacına ( bu ağac çox güman ki, nüvədililərin bu günə qədər inam gətirdikləri və daha çox dağdağan adlandırdıqları ağacdır) inam gətirərək batil inanca yönəldiklərindən, onlara Xənzərə ibn Səffan adlı peyğəmbər göndərilməsindən bəhs edir ki, Xənzərə peyğəmbərin adıyla həmahəng səslənən Nüvədi kəndindəki Xınzıra dərə adı da bu faktların doğruluğunu təsdiq edən məlumatlardır. Hz. Əli(ə) rəss, yəni ƏR AZ xalqının hz. Süleyman(ə) peyğəmbərin dövrünə qədər yaşadıqlarını bildirmişdir.

Bu məlumatlar yunan tarixçilərinin məlumatları ilə üst-üstə düşür. Belə ki, yunan tarixşisi Böyük Plini (I əsr, 23-79 illərdə yaşamışdır) yazırdı ki, «Azərlər Nuh oğlu Yafəsin nəslindəndir.»

Strabon yazır «Araz çayı «Azar yanından axır… Araksena düzündən keçib, Kaspi dənizinə tökülür» (Strabon, XI, 14, 3). Bu məlumatlardan görünür ki, Şimali Azərbaycanın İrəvan xanlığı və Zəngəzur mahalı da daxil olmaqla böyük hissəsi, qədim çağlarda Azar/Azər ölkəsi adlanmışdır və Arazboyu məntəqələrdə Azərlə yanaşı, Aza adı işlənsə də, zənnimcə «Aza» sözünün Azar/Azər sözüylə əlaqəsi olmayıb, həm qədim Manna şahlarından olmuş «Aza»nın, həm də Aran nəslindən olan Sakar hökmdarı «Azo»yla bağlı ola bilər. Nüvədi kəndindəki H. Vəlioğlu tərəfindən tapılıb araşdırılan Qarqardaşı abidəsindəki yazılar heç şübhəsiz elə bizim əcdadlarımız ARAZ/ ƏRAZ-lardan qalan yazılı abidədir. İstənilən halda bütövlükdə Avrasiya materikində xalqımızın soykökündəki AZ/AS komponomentiylə bağlı kifayət qədər toponim, hidronim və oronimlərin mövcudluğu azların vətəninin Azərbaycan olmasını təsdiqləyir.

Azərbaycan tarixçilərinin də məlumatları üst-üstə düşür.

Rəşidəddin “Oğuznamə”sində Oğuzun soyu da Nuh oğlu Yafəsə bağlanır. Eyni hal Azərbaycandan toplanmış miflərin birində də açıq şəkildə ifadə edilir. Prof. Füzuli Bayat yazır ki, Azərbaycandan toplanmış bir əfsanədə diqqət çəkən yön, Qorqudun atasının, Nuh peyğəmbərin oğlu Yafəsin oğlu Türk olduğu qeydinin tapılmasıdır. Alimin fikrincə, Qorqudun Nuhun nəvəsi olması, bu mifoloji tipi əcdad kultu ilə bağlayır (Bayat, 2003, s. 7.)

Prof. Füzuli Bayatın qədim Azərbaycan əfsanəsinə əsasən » Qorqudun atasının, Nuh peyğəmbərin oğlu Yafəsin oğlu Türk olduğu» qeyd edilsə də, Plininin «azərlər Nuh oğlu Yafəsin nəslindəndir» fikri başqa məna daşıyır. Yəni azərlər Yafəsin törəmələri olmayıb o nəsildən, Nuh peyğəmbərin özünün mənsub olduğu nəsildən mənasını daşıyır. Türklər isə Yafəsdən törəyənlərdir. Bir nəslin soyadı o nəslin əsasını qoyan zatın adından götürüldüyü üçün Türkdən törəyənlər türklər adını almışlar.

Bu da ƏR AZ xalqının öz yerini bu gün TÜRK adlanan soylara verdiyini göstərir. Bu gün Azərbaycan, Azər və Araz adlarının varlığı bizim yaddaşlarda qalan keçmişimizdir.

Həmzə Vəli «Nüvədi kitabələri» əsərində bizim kənddə Qarqa(r) dağından tapıb 5 il müddətinə oxuduğu daş kitabələrdəki yazılara əsasən bizim xalqın adının AZ olması, qədim AZ dilində adama AR/ƏR deyildiyinə görə, bu iki sözün birləşməsi AZ ADAMI, AZ İNSANI mənası daşıdığını təsdiqləyir. BAY—ZƏNGİN,CAN—VƏTƏN, YURD deməkdir. Yəni H. Vəliyə görə, “AZƏRBAYCAN sözünün mənası AZ ADAMININ ZƏNGİN VƏTƏNİ deməkdir”. Həmin daş yazıların ikinci sətrinin transkripsiyası H. Vəlidə belədir:

«En ƏR AZ. Eküç bək erinc Ər Az el». H. Vəlinin açılışında yazı:»Alisən (Ulusan) Ər Az. Bəy Ər Az elinin varlığı ilə öyündü» anlamındadır.

Это изображение имеет пустой атрибут alt; его имя файла - 96839712_2616408088606863_4262827682061877248_n.png

H. Vəlinin «Nüvədi kitabələri»ndəki həqiqətə aparan təhlilinin bir bölümünü olduğu kimi oxucuların nəzərinə çatdırmaq istəyirəm.

«»Oğuz» sözü Orxon-Yenisey abidələrində üç səslə—OĞZ kimi yazılır. Qədim türk dilində və Orxon-Yenisey abidələrində «z» səsi heç vaxt söz başında işlənmir, oxunmur. Sözün fonetik tərkibindən və semantik mənasından asılı olaraq «z» səsindən əvvəl a, e, ə səslərindən biri oxunur, tələffüz edilir. Odur ki, «Oğuz» sözü əslində «OĞ AZ» və ya «OK AZ»dır.»OĞ» ta qədimdən bu günə qədər nəsil, törəmə, mənsubluq bildirir. «Oğ» komponomentinin sonuna sözdüzəldici «lu» şəkilçisi artıranda «oğlu», «laq» artıranda isə «oğlaq» alınır. «Oğlu» deyəndə bir şəxsin törəməsi, «oğlaq» deyəndə keçinin törəməsi—keçiyə mənsubluğunu bildirir. Ona görə də «OĞ UZ»/»OĞ AZ» Az nəsli, Az törəməsi deməkdir.Və ya «Oğuz» etnominini «OK AZ» kimi qəbul etsək o da AZ tayfası, AZ qəbiləsi deməkdir. Qədim dilimizdə «ok/ox» sözü tayfa, qəbilə mənasındadır. Beləliklə,»Kitabi-Dədə Qorqud»da «İç Oğuza Tış Oğuz asi oldu» ifadəsində adı çəkilən «İç Oğuz»lar—yerli «OĞ AZ»/»OK AZ»lar, «Tış Oğuz»lar isə, gəlmə «OĞ AZ/OK AZ»lardır ki, Orta Asiyadan Azərbaycana yürüş etmişlər.»

H. Vəli əsərində ulu babalarımızın yaşadıqları əraziyə, eyni kökdən olan soylarına xalqımızın adını verməklə (məs.ARAZ cayı, QAFQAZ dağı,QAZBƏY (KAZBEK) zirvəsi, AZIX (AZ OK/OĞ) mağarası, XAZAR / XƏZƏR və AZOV/AZOB dənizi, eləcə də eynisoylu tayfa və xalqların məs., OK/OĞ AZ(OĞUZ),QAQAUZ, QIRQIZ (Qırx-OK/OĞ/AZ), QAZ(OK/OĞ)AX, ÖZBƏK/ AZBAY və s.) həm böyük, həm qədim, həm də yazılı mədəniyyətə sahib olmaqla yanaşı, böyük coğrafi ərazidə də məskunlaşdığın-dan bəhs edir.

Hətta onun fikrincə ASIYA/AZIYA/AZUYA (AZ-ların yurd-yuvası deməkdir) qitəsi də AZ-larla bağlıdır. Kitabda müəlif, böyük və ulu xalqımızın daş yazılı abidələr və toponimlər vasitəsilə tariximizi yaşadıb bizə çatdırma-sından geniş bəhs edir. H.Vəlinin araşdırmalarına söykənərək AZOV/AZOB dənizinin adını AZ-ların suyu kimi deşifrə etmək olar. (Nüvədi/Nuhvadi ləhcəsində «a» səsi sözdən asılı olaraq «o» kimi, məs., ab-ob, abır-obır, abigərdən-obıgardan, abı-rəng-obırəng, kimi tələffüz edilirdi,müəllif).Yeri gəlmişkən, Rusiyanın şərqində axan Ob çayı və Nüvədidəki «Sələnc (fikrimcə, sel ləng axdığına görə Selləng olmalıdır) çayı ilə Monqolustandakı Selenqa çayının həmahəng səslənməsi, ulularımızın oralara qədər gedib çıxmasına dəlil deyilmi»? Qurani-Kərim»in «Əl-Qəmər»(Ay) surəsində deyilir: (Ayə15). And olsun ki, biz tufan hadisəsini, Nuh qövmünün başına gələnləri sonrakı nəsillərə ibrət üçün saxladıq. Amma heç ibrət alan(öyüd-nəsihət qəbul edən) varmı?»

Sonuncu ayədəki sözlərə diqqət edin və dərindən düşünün! Bu hadisənin Nuh(ə) əyyamından bu günə qədər qorunub saxlanması Allahdan üz döndərmiş adamların istəyilə baş verə bilməzdi. Min illər ərzində bu torpağa nə qədər yadelli işğalçılar gəlib-getsə də, bu adları yox etməyə gücü çatmayıb! Çünki, Allahın istəyi qarşısında bəndə acizdir!

Zəngəzur mahalındakı Nüvədi-Nuhvadi, Gəmidüzü, Peyğəmbərizi, Miyambutun/Mi-Yambatan(Nuh peyğəmbərin iman gətirməyib, xilas üçün yüksəkliyə qaçsa da, suda batan oğlunun adı Yamdır), Naxçıvan-Nuhçivan, Nuhəcr, Nuhdaban, Nehrəm-Nuhram, Gəmiqaya, adlarının Nuh(ə) əyyamından bu günə qədər yazılı və şifahi dildə qalması möcüzə deyil, bir olan Allahın istəyidir!

Bu ayənin «Ay» surəsində verilməsi türklərin rəmzlərindən olan aya işarə deyilmi?

Это изображение имеет пустой атрибут alt; его имя файла - 96535629_706174930185282_1044163307650416640_n.png

Sovet dönəmində Gəmidüzündə Nüvədidən keçən dəmiryolu stansiyası

Gəmidüzünün bu günkü görünüşü

«Qurani-Kərim»in «Əl-Hədid» («Dəmir») surəsinin 26-cı ayəsində Allah buyurur: «And olsun ki, biz Nuhu və İbrahimi peyğəmbər göndərdik. Peyğəmbərliyi və kitabı— Zaburu, Tövratı, İncili və Quranı onların nəslinə verdik. Onlardan doğru yolda olanı da vardır, amma çoxu Allahdan üz döndərmiş fasiqlərdir».

Azərbaycan möcüzələri- Nuh Peyğəmbərin türbəsi - YouTube

Bizim əcdadlarımıza dəfələrlə peyğəmbər göndərilib—hz. Nuhdan(ə) hz. Süleymana(ə) qədər. Amma insanların əksəriyyəti qəbul etməyib, edənlərin də bir hissəsi sonra yenə haqq yoldan üz döndəriblər. Bu üzdən Nuh(ə) peyğəmbərin dövründə itaətsizlikdən dolayı Böyük Tufan hadisəsi baş verib və onun izləri Nüvədi və Naxçıvanda qalır

Qurani-Kərimi ərəblərin uydurub, yazdığını iddia edənlər, Nəml və Səba surələrini və surələrdə adı çəkilən Səba qövmü və qəbiləsinin adını Ərəb ölkələrində deyil, elə Bakının mərkəz rayonu olan Səbaildə (Səbael) tapa bılərlər.

Noah's Tomb

Ən Nəml surəsi

15. Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: “Bizi Öz mömin qullarının çoxundan üstün tutan Allaha həmd olsun!”

22. Çox keçmədən (hüdhüd) gəlib dedi: “Mən sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm.

23. Mən onlara padşahlıq edən, özünə hər şey verilmiş və çox böyük bir taxtı olan bir qadın gördüm.

24. Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə etdiklərinin şahidi oldum. Şeytan onların əməllərini özlərinə gözəl göstərmiş və onları (haqq) yoldan çıxartdığına görə haqqın yolunu tapa bilmirlər.

Səba surəsi

15. Səba (qəbiləsinin) yaşadığı yerdə nişanə – (biri) sağda, (digəri də) solda olan iki bağça var idi. (Onlara:) “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. Gözəl diyar və Bağışlayan Rəbb!”(– deyilmişdi)

16. Amma onlar üz döndərdilər, Biz də üstlərinə güclü sel göndərdik. Onların iki bağçasını acı meyvəli, yulğunlu və (içində) bir az sidr ağacı olan iki bağla əvəz etdik.

17. (Səbaqəbiləsiilə) bərəkət verdiyimiz məmləkətlər arasında aydın görünən (bir-birinə yaxın) şəhərlər salmış, orada gediş-gəliş yaratmışdıq. “Oralarda gecələr və gündüzlər arxayın gəzib dolaşın!”(– demişdik.

18. Onlar isə: “Ey Rəbbimiz! Səfərlərimizdə (dayanacağımız şəhərlər arasındakı) məsafəni uzaq et!”– dedilər və öz-özlərinə zülm etdilər. Biz onları əfsanələrə çevirib dilə-dişə saldıq, özlərini də pərən-pərən etdik. Həqiqətən, səbrli və şükür edən hər kəs bundan ibrət alar .

«İl» və «el» sözləri eyni mənada işləndiyini nəzərə alsaq, ayədə Səba elinin insanlarının Günəşə inanmaları qeyd edilir. Bizim ulu əcdadlarımız hamıdan öncə Günəşə sitayiş ediblər. Batil inanclara görə də həmişə peyğəmbər göndərilib, iman gətirməyincə cəzalanıblar, məhv olsalar da adları qalıb. Bunu «Səba» surəsinin 18 və 19-cu ayələri bir daha təsdiq edir. Əlavə olaraq təkrarən də olsa, qeyd etsək ki, qədim türk dilində yerdən dikələn bir şeyə səbalan deyilir, o zaman Savalan dağının adının Səbalan olması daha doğru səslənir. Tarixə müraciət edək.Təqribən eramızdan əvvəl VI əsrdə Xəzər dənizi sahilində (indiki Dağıstanın cənub hissəsi və Salyan rayonu daxil olmaqla) Massagetlər(Maştağa ) dövləti mövcud olmuşdur. Həmin dövlətə er. əv. 570-530-cu illərdə Tomris adlı qadın hökmdarlıq etmişdir, həmin hökümdar ki, Fars hökümdarı olmuş Kirin başını kəsərək qanla dolu tuluğa tullamışdır. Digər bir versiya isə bu qadın hökmdar Bilqeyis olmuşdur . Hər hansı bir halda bu ayələrin bizə məxsusluğu şəksizdir.

«Səba» surəsinin 19-cu ayəsində əcdadlarımızın naşükürlükləri ucbatından dünyaya səpələnərək başqa xalqlar kimi yox olması nəzərdə tutulur.

«Qurani-Kərim»-in «əl-Ənam» surəsi, 74-cü ayədə Həzrəti İbrahimin(ə) (Abrahamın) atasının (və ya atalığının) adı Azar(Azər) olduğu qeyd edilir. Bu adın qeyri xalqlara deyil məhz bizə məxsus olması aksiomadır. Demək ki, İbrahim(ə)-ın da soykökü bizimlə eynidir. İbrahim(ə)-ın da atası bir olan Allaha iman gətirmədiyindən, bütlərə ibadət edən olduğuna görə, atasından imtina edib. Ərəblərdən də neçə min il qabaq oğlu İsmayılı(ə) Allah yolunda qurban kəsmək istərkən mələklər vasitəsilə göndərilən qoçun kəsilməsiylə Qurban bayramını əcdadlarımız günahlarının yuyulması üçün qeyd etməyə başlayırlar.Bu prinsiplə Həzrəti Məhəmməd(s) ərəblərin içindən peyğəmbər seçilsə də damarlarından İbrahim (ə) -ın qanı axır.

Yeri gəlmişkən dəmiri ilk icad edən türklər olduğundan və dəmirçiliyi insanlar arasında yayan Davud(ə) peyğəmbər olduğundan, Allah «Dəmir» surəsində üstsörtülü bilgi verir.

Süleyman(ə) peyğəmbərə isə misgərlik sənəti bəxş edilib ki, bu da ən çox bizə məxsus sahə və sənətdir.

Qurani-Kərimin ərəbcə nazil olması məhz bədəvi, yolunu azmış ərəbləri imana çağıraraq islah etmək üçün idi. Bu fikirlər «Ənam» surəsinin 92-ci ayəsində öz təsdiqini tapır: «Bu (Quran) da mübarək (xeyir-bərəkəti daim, faydası çox), özündən əvvəlkiləri təsdiq edən bir kitabdır ki, onu sənə Məkkə əhlini və ətrafındakı insanları (Allahın əzabı ilə) qorxutmaq üçün nazil etmişik. Axirətə iman gətirənlər ona da iman gətirər, namazlarını da qoruyub saxlayarlar (vaxtlı-vaxtında qılarlar).» Bu ayədən göründüyü kimi Allah Quranı əsasən ərəblər üçün nazil etmiş, onlardan öncə bir olan Allaha iman gətirənlərin isə, Qurana iman gətirəcəyini vurğulayır. Bu ayədə Quranda lənətlənən yəhudilər və onların dostları, Allaha şərik qoşan xaçpərəstlər deyil, onlardan da öncə İbrahim(ə) peyğəmbərdən Musa(ə)peyğəmbərə qədər iman gətirənlər, xüsusilə də tək Tanrıya inanan türklər nəzərdə tutulur. Bu gün türklərin ərblərdən və farslardan çox islama bağlılığı buna bariz nümunədir.. «Ənam» surəsinin 92-ci ayəsinin ikinci hissəsi Nuh(ə) nəslindən olan OĞAZ/Oğuz-Türk insanlarına aiddir. O zaman orada yaşayan soydaşlarımız islamı könüllü qəbul etmişlər (Ənam surəsindəki «axirətə iman gətirənlər ona da iman gətirəcəklər» sözləri OĞAZLARA/Oğuzlara aiddir. Çünki tək Allaha inam bizdə Nuh(ə) və İbrahim(ə) dövründən var idi).

Tarixi mənbələrdəki Kuti imperatorluğunun (e.ə 2200-e.ə 2109) paytaxtı olmuş bugünkü Kərkük şəhərinin tarixi bilinməyən dövrlərdən oğuz-türkmənlərlə məskun olması faktı da, kutilərin qədim oğuzlar olduqları barədə söylənilən fikirlərə haqq qazandırmaqdadır. Hər halda, fakt budur ki, Kərkük oğuzlarının guya həmin əraziyə

Səlcuqlar və ya Abbasilər dövründə gəldikləri, ondan öncə sözügedən ərazidə türklərin yaşamadığı barədə fikirlər özünü doğrultmur.

Çünki cahiliyyə dövrü, yəni islamaqədərki ərəb ədəbiyyatında, o cümlədən Aşa və Nabiğa kimi şairlərin şeirlərində türklərdən bol-bol söhbət açılmaqda, tarixi mənbələrdə Həzrət Peyğəmbərimizin (s) səfərlərə çıxdığı zaman türk çadırında yaşadığı barədə məlumatlar bulunmaqdadır (Turan, 1993, s.22). Bu məlumatın özü də təsdiq edir ki, o zaman sayı çox olan oğuz türkləri islamı könüllü qəbul etmişlər,eyni zamanda hz. Peyğəmbər(s) kökünün türk olduğuna və türklərə daha çox etibar etdiyinə görə onların çadırlarında qalırmış. (Burada bir haşiyə çıxaraq bir məsələyə toxunmaq istərdim. Məlumdur ki, ərəblər qeyri-ərəbləri əcəm adlandırırdılar. Ərəblərin Məhəmməd(s) peyğəmbərin vəfatından sonra ölkədəki türkləri sıxışdıraraq türklərin Məhəmməd(s) peyğəmbərə dəstəyini tarixdən silməyə çalışmışlar. Bundan istifadə edən farslar, əcəm qismində özlərini Əhli-Beyt tərəfdarları kimi təqdim etmişlər. Əslində şiələr, o zaman Ərəbistandan sıxışdırılıaraq çıxarılan oğuz türkləri idi. Bunu hələ də İraqda və Suriyada yaşayan türkmənlərin də şiə olması təsdiq edir. Digər sübüt Əhli-Beyt(ə) və imamların(ə) nəslinin əsasən, Şimali və Cənubi Azərbaycanda (istisna hal kimi Orta Asiyada və Əfqanıstanda) məskunlaşması onların məzarlarının ziyarətgahlara çevrilməsidir. Bəlkə də bu səbəbdən Səfəvilər (Qızılbaşlar) şiəliyi yaymaq niyyətiylə sünni təriqətlərinə, hətta Türkiyəyə da qarşı savaş açmışlar.)

Qiblə məsələsinə gəldikdə islam dinini elan etməzdən əvvəl Məhəmməd peyğəmbər (s.ə.s.) ibadət edərkən üzünü Qüdsə(Beytül-Müqəddəsə) tutarmış. Çünki ondan əvvəlki peyğəmbərlərə—həzrəti Musaya (ə) və həzrəti İsaya (ə), iman gətirən yəhudilərin və xristianların qibləsi, ibadət yeri ora sayılırdı. Amma yəhudilər müsəlmanların üzü oraya ibadət etməsinə etiraz etdiklərinə görə sonradan Məkkə qibləyə çevrildi. Buradan belə nəticəyə gəlmək olar ki, Allahın Elçisi harda olubsa ora qiblə sayılıb.

Nuh(ə) peyğəmbərin məzrının Sovet dönəmindəki şəkli

Это изображение имеет пустой атрибут alt; его имя файла - 96517422_3191586337546553_3633057069831028736_n.png

Nuh(ə) peyğəmbərin təmir olunmuş məzarı ziyarətgaha çevrilib

Sonuncu peyğəmbər(s) Məkkədə doğulduğuna görə indi ora müsəlmanlar üçün əbədi qiblədir.

İlk əcdadımızın şərəfini özünə qaytaraq

Bizim əcdadımız Nuh peyğəmbərdirsə, Nuh peyğəmbərin əcdadının da Həzrəti Adam/Adəm olmasını nəzərə alsaq, deməli Nuh peyğəmbərin zamanındakı «Tufan hadisəsi»nə qədərki əcdadlarımız AZOĞ adıyla, «Tufan hadisə»sindən sonrakı əcdadlarımız isə məhv olmuş əcdadlarımızın AZOĞ-ların adlarını yaşatmaq üçün OĞAZ/OĞUZ adını qəbul etmişlər(Əli Vəlioğlu—Vəli Əlioğlu, Fazil Nadiroğlu—Nadir Faziloğlu və s. kimi) .

Ulu əcdadlarımızın hər şeyi öz adıyla çağırmaq və hər adın da öz məna yükünü səciyyələndirməsi baxımından daş yazılarda, toponim-lərdə yaşadıb bizə miras qoyduqları AZ sözü mənasız bir söz ola bilməzdi və babalarımızın istər öz kimliklərini yaşadan, istərsə də yaşadıqları ərazilərə verdikləri adların düzgün açılışında bizim tariximiz yatır. O tarixi öyrənib, ortaya çıxara bilsək, bəlkə özümüzü dərk edərək yüksəlişə keçərik.

Siciliyalı Diador iskitlərdən söz açarkən onların ilk öncə Araz çayı sahilində yaşadıqlarını, buradan Misir, Hindistan və Trakiya tərəflərə yayılaraq bütün bu ərazilərin hakiminə çevrildiklərini yazır. Geneteklərin bəzi Misir fironları üzərində apardıqları genetik araşdırmalar onların R1b haloqrupuna(qıpçaqlar) aid olduqlarını, yəni türk genləri daşıdıqlarını və Misirə Qafqazdan gəldiklərini göstərməkdədir. Maraqlıdır ki, Hindistanın ən yüksək kastalarına mənsub insanlar içərisində də önəmli miqdarda R1a(Oğuzlar) geni tapılıb. Genetika elmi Siciliyalı Diadorun yazdıqlarını təsdiq edir.

Bundan əlavə Norveçli səyyah Tur Heyerdalın araşdırmalarına görə onların əcdadları olan Oserlər elə buradan gəmi ilə oraya gedən Azərlərdir.

11 iqlim tipindən 9-una, yeraltı, yerüstü sərvətlərə, təbii yanar od mənbələrinə malik, bu günə kimi «ADAM» sözünün yaşadığı, Yerin cənnəti olan Azərbaycan ilk insanların vətənidir.Yunanlarıın Antik dövrdəki şairi Esxilin «Zəncirlənmiş Prometey» əsərində Prometeyin İnaxın qızı İo-ya:»xeyli getdikdən sonra o dağların sultanı Qafqaza yetişərsən, yamyaşıldır hər yanı» misraları Qafqaz adının eramızdan əvvəl də məşhur olduğunu göstərməklə yanaşı bu adı o dağa verən ulu xalqın olmasını odun məhz buradan aparıldığını da təsdiqləyir.

AZ-lar əvvəllər piktoqramla (şəkilli yazılarla—Gəmiqaya, Qobustan) daha sonra hərfi yazılarla (Gil yazıları, Mıxı yazıları, Qarqar yazıları, Orxon-Yenisey yazılarıyla) tarixdə iz qoymuşlar.

Bir halda ki, Azərlər və Türklər Həzrəti Nuh(ə) peyğəmbərin nəslindəndirlər, bu faktın özü düşünməyə əsas verir ki, Yer üzünü su basarkən Nuhun (ə) gəmisində xilas olan adamların indiki sivilizasiyanın əsasını qoyduqlarını qəbul edək. Bu da bizim Azərbaycanın payına düşür. Ona görə də onun ən qədim insan məskənlərindən biri olduğunu düşünməyə haqqımız var. Yəni “Dünya suqabarması” çəkildikdən sonra vətənə bağlı olan əcdadlarımızın bir hissəsi öz yurdlarına qayıtmışlar və AZ-ların törəmələri kimi özlərinə OĞAZ/OĞUZ adı verərək tarixdə iz qoymuşlar. Vətənə,yurda bağlılıq bu gün də bizim qanımızdadır.

Türkoloqların tədqiqtlarına əsasən TÜRK/TÜRÜK sözü TİRRİK-DİRRİK olub HƏYAT, YAŞAM mənası daşıyır(bu açıqlamanın doğruluğuna sübut kimi yenə də Nüvədi/Nuhvadi kəndinin sakinlərinin işlətdiyi «Gal al-ala verax, birrik-dirrik eleyax» məsəlini göstərmək olar ki, mənası «gəl əl-ələ verək birlikdə yaşayaq»dır) bu da mənim, Nuhun(ə) gəmisində xilas olanların yeni həyata başlaması fikrilə üst-üstə düşür. Çox güman ki, Naxçıvandan/ Nuhçivandan indiki Türkiyənin Anadolu vilayətinə üztutaraq, məskunlaşan əcdadlarımız daha çox TÜRK adıyla tanınaraq qədim Babilistana qədər yayılmışlar.

İlk insanların vahid dildə danışmasını din və elm təsdiqləyir. Bu səbəbdən də dünyanın bir çox yerlərində tapılan qədim yazılardakı oxşarlıq və sözlərin də bizim dilimizə uyğunluğu olsa da vahid dil barədə dünya alimlərinin hamı tərəfindən qəbul edilmiş ümumi bir rəy yoxdur. Bilsələr belə qısqanclıq hissi imkan verməz ki, onlar həqiqəti desinlər. Əgər AZ-larla baglı böyük coğrafiyanı əhatə edən, hətta ASİYA/ AZİYA/ AZ-UYA qitəsinin belə AZ-larla bağlılğı varsa və babalarımızın qoyduqları toponim, oronim və hidronim və s. adları əski dilimizlə bu günkü dilimizin differensasiya fərqinə baxmayaraq başa düşürüksə, deməli ADAM/ADƏMdən (ə) Nuha(ə) qədərki insanlar AZ OĞ, fərdlərə isə AZAR və AZƏR deyilməklə Az insanı kimi fərqləndirmişlər və dil də AZ AR/AZ ƏR DİLİ olub. Böyük Tufan hadisəsindən sonra xilas olan az sayda insan özlərinə ARAZ/ƏRAZ demişlər Azər adı isə şəxs adlarına çevrilmişdir. Bu ad ən çox bizdə işlənir, bizə məxsusdur. Hz. İbrahim (ə) peyğəmbərin atasının adında da Azər olduğunu qeyd etmişdik. Min illər ötdükdən sonra ƏRAZ xalqı da Türk kimi tanındığına görə Araz adı da şəxsi adlara çevrilmişdir.

İlk insan olan Həzrəti Adamla ondan törəyən insanlar özlərinə ar/ər deyərək Hz. Adamın ayrıcalığını və böyüklüyünü qorumuşlar. Çünki Adamdan olan adam dedikdə həm zat-kök itir, həm də söz və şəxsiyyət ucuzlaşır. AR/ƏR sözünün ikinci mənası isə igid, mərd olması hamıya məlumdur. Odur ki AR/ƏR sözünün iki dəfə təkrarlanaraq deyilməsindən yaranan adların da əcdadlarımızla bağlılığı heç kəsdə şübhə doğurmamalıdır. (Q)AR(Q)AR, ARARAT, AR(A)RAN/ƏRRAN, TƏRTƏR və s., həmçinin babalarımızın hər hansı döyüşə girərkən «ARARLAR/ ƏRƏRLƏR gəlin, ARARLAR/ƏRƏRLƏR vurun» deyimindəki AR/ƏR sözünün iki dəfə səslənməsi İGİD İNSANLAR mənası verdiyindən bu deyimdən yaranan nə varsa əcadlarımızdan miras qalıb (H.Vəli «Nüvədi kitabələri»ndə bundan bəhs edib.) Bu günkü dilimizdəki ərənlər sözü ararlar/ərərlər sözünün sinonimidir, desək yanılmarıq. OĞ AZ-lar Naxçıvan/Nuhçivan, Zəngəzur/ZƏNGAZAR(AZARIN Zəngi boyu), ümimiyyətlə Qərbi Azərbaycan, Cənubi və Şimali Azərbaycanın əvvəlki sərhədləri daxilində — Xəzər dənizi ətrafında məskunlaşmışlar. Xəzər dənizinin şimal və cənub istiqamətlərindən Orta Aziyaya köç edən OĞAZ-lar oradan Altay ətrafı və daha da şərqi ərazilərə səpələnmişlər .

Рол, Дэвид - Wikiwand

OĞAZ/OĞUZ nəslindən olan Hz.Nuhun(ə) Yasəfdən olan nəvəsi Türkün (tirrik-dirrik sözündən yaranıb—yaşam, həyat mənası verir) törəmələri Anadolu və indiki Türkiyə və Babilə doğru yayılmışlar.

Min illər ərzində eyni soydan olduğumuza görə bizə həm AZAR/AZƏR həm də TÜRK deyilib. Bu günkü AZƏRLƏR və TÜRKLƏR bir atanın övladlarıdır. İki qardaş kimi adları başqadır. Amma ümumi adı AZOĞ, fərdi adı AZAR/AZƏR olub, bu gün AZARLAR/AZƏRLƏR(yeri gəlmişkən HAZARLAR/XƏZƏRLƏR də o soydandır) adlanan bizlərin tarixi bəşər tarixiylə eynidir. Bunu AZIX (AZOĞ) mağarasındakı arxeoloji tədqiqatlar — «Quruçay mədəniyyəti», yuxarıdakı tarixi, dini məlumatlar və toponimlər təsdiq edir. İndi deyin görüm biz ulu babalarımızın bu günə qədər yaşatdığı AZAR/AZƏR adından imtina etməklə acılı-şirinli, lakin qədim tariximizi yadlaramı bağışlayaq. Onsuz da düşmənlərimiz tariximizə sahib çıxmaq üçün belə fürsət axtarırlar. «Keçmişinə güllə atanın gələcəyini topa tutarlar.»

Təəssüf ki, ulu babamız Hz.ADAMIN/ADƏMİN(ə) adının min-min illər ərzində kiçilərək özümüzə yad söz kimi qayıtması tarximizin üzqaraldan məqamlarındandır. Hər şey burdan başlayır. Əgər biz özümüz əvvəlki sözlərimizi dilimizə bərpa etsək, həm tariximizi bərpa etmiş olarıq, həm də

ULU ƏCDADIMIZ HƏZRƏTİ ADAMIN/ADƏMİN(ə) ADINI, ŞƏRƏFİNİ ÖZÜNƏ QAYTARARIQ !

Bu xəbəri paylaşın: