Şəhidimizin qisası alınıb

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribata cavab olaraq Azərbaycan Ordusunun əsgərləri dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində düşmənin iki postunu dağıdıb.


Oxu.Az-ın eksklüziv olaraq əldə etdiyi məlumata görə, əsgərlərimiz səkkiz nəfər düşmən hərbi qulluqçusunu məhv edib.

Digər bir mənbədən aldığımız məlumata görə Ermənistan Müdafiə Nazirliyinə məxsus həlak olan hərbçilərinin ikisinin ad və soyadları dəqiqləşib.

Onlar Artur Mxitaryanın və Rudik Qaribyandır. Daha 4 erməni hərbçinin ağır yaralandığı bildirilir.

Erməni  — NEWS.am saytının verdiyi məlumatda deyilir: «Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 11-də saat 15:15 radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca rayonu istiqamətində yerləşən mövqelərini atəşə tutub. Hərbçilərdən biri orta dərəcəli güllə yarası alıb».

Bu xəbəri paylaşın: