100 İLLİK ANLAŞMANI YENİLƏMƏK PLANI: BOP-UN FİASKOSU… I yazı

Bu yazı 19 noyabr 2017 — ci ildə Fedai.az saytında yayınlanıb. Günümüzlə səsləşdiyi üçün bir daha sizlərə təqdim edirik…

Xaqani Ədəboğlu

ABŞ adlanan anqlo-sionist konqlemeratı ötən əsr malik olduğu bu imtiyazlara sahib durmaq üçün çox saylı lokal və regional savaşlarla birlikdə iki dünya savaşı çıxardı. XX əsrin sonlarına doğru bir çox dövlətlər suverenliyə yaxın addımlar atmağa başladılar. Xüsusən də maliyyəsi zəngin neft qaynaqlarından çıxan ərəb ölkələri artıq ABŞ-ın iradəsini qəbul etmədən qərarlar verməyə başlamışdılar. «Ərəb baharı» pərdəsi altında bu ərəb cəmiyyətləri ən az 80 il geriyə atıldı. Ərəb həmrəyliyi əvəzinə, ərəb düşmənçiliyi, məzhəb ayrımçılığı, firavan bədəvi çadrları yerinə isə qaçqın düşərgələri quruldu. Amerika «demokratiyası»nın axmaq insanlara nə gətirdiyini bu gün hesablamaq üçün bölgədə təhlükəsiz bir masa tapmaq mümkün deyil.

Hələ Suriyaya müdaxilə başlamadan öncə heç bir simpatiyam olmayan Bəşər Əsəd demişdi ki, əsas hədəf Türkiyədir. Suriya məğlub olarsa, Türkiyəni parçalayacaqlar. Lakin bu doğru olan siyasi uzaqgörənliyi Türkiyə lazımınca qiymətləndirə bilmədi və xeyli siyasi mövqe itkisinə məruz qaldı. Əks kurs götürən İran isə ABŞ-İraq müharibəsindən qalib kimi çıxdı. O, məharətlə ABŞ və koalisiya qüvvələrinin qələbəsini oğurlamağa nail oldu. Az itki və məsrəflə əldə etdiyi nüfuzu İran heç xülyasına da gəlməzdi. Sadəcə düzgün qurulmuş siyasi strategiya öz bəhrəsini verdi.

ABŞ isə Yaxın Şərqdə və dünyada hesaba almadığı və hətta «B» variantının da kara gəlmədiyi bir durumdan tam isterika içindədir. Bu gün IV Roma koalisiyasına PKK-PYD daxildir. Acınacaqlı durum olsa da, tam bir fiaskodur. Amerikalılar bölgə üçün yeni variantlar üzərində baş sındıraraq ayağı sürüşkən kürd separatizmini əldə maksimum saxlamağa çalışır. Əldə etdiyimiz məlumatlara görə isə erməni lobbisinin təkidiylə bölgəyə yenidən qayıtmaq üçün erməni terrorizmi və separatizmini Rusiyadan qoparmağa çalışır. Məqsəd bu savaşı Qafqaza keçirərək daha yaxından Rusiya, İran və Türkiyəni yenidən caynağına keçirməkdir. Çünki Rusiya ilə müqavilə, 7 noyabr 2017-ci ildə artıq bitib. Türkiyə ilə 2023-cü il, İran ilə isə 2025-ci il hədəfləri durur.

100 İLLİK ANLAŞMANI YENİLƏMƏK PLANI:  BOP-UN FİASKOSU...I yazı

Bəzi icmalçılar Osmanlı və Rusiya imperiyalarının dağılmasında bu imperiyaların Rotşildlər tərəfindən borclandırılması və yəhudilərin hər iki imperiyanın maliyyə qaynaqlarına tam nəzarət etməsiylə bağlayırlar. Məsələn, ABŞ Rusiyanın daxil olduğu ANTANTA ölkələrinə 10,5 mlrd. dollar (indiki qiymətlə 200 mlrd. USD) borclandırmışdı.
Osmanlı isə 1994-cü ildə aparılan bir araşdırmaya görə bu borc 103.865.725.000 lirəyə bərabərdir (Metin Ayışığı, “Yeni Belgelerle, Reşadiye ve Sultan Osman-ı Evvel Zırhlılarının Müsaderesi Olayı -Gaspçı Devlet, Ingiltere-”, Tarih ve Medeniyet Dergisi, sayı 8, Istanbul Ekim 1994, sayfa 46, 47). Bolşeviklər dövlətlərin maliyyə tarixində ilk dəfə Çarizmin borclarını ödəməkdən imtina etsə də, Türkiyə Osmanlının borclarını tam ödəməyi boynuna götürdü və 1933-cü ildə başa çatdırdı. Xatırladaq ki, Osmanlı ilk borcları 1854-1855-ci illərdə almışdı.
OSMANLI İMPERATORLUĞUNUN BORCLARININ DİGƏR DÖVLƏTLƏRƏ DÜŞƏN HİSSƏLƏRİ:

Türkiyə 84.597.495
Suriya – Livan 11.108.858
Yunanıstan 11.054.534
Iraq 6.772.142
Yuqoslaviya 5. 435.597
Fələstin 3.284.429
Bolqarıstan 1.776.354
Albaniya 1.663.233
Hicaz (S. Ərəbistanı) 1. 499.518
Yəmən 1.182.104
İordaniya 733.610
İtaliya 243.200
Necit (S. Ərəbistanı) 129.150
Maan (Güney İordaniya) 128.728
Asir (S.Ərəbistanı) 26.138
Bu faktları hər iki imperiyanın varisi olan ölkələrdəki məxəzlər təsdiqləyərlər. Məsələn, Sovet hakimiyyətinin ilk illərində borc sahibi kimi ABŞ və İngiltərənin adları keçir. Burada maraqlı bir məqam var: Müharibəyə əks tərəflərdə qoşulmuş iki imperiya çökdürüldü. Həm qalib tərəfdə, həm də məğlub tərəfdəki Osmanlı və Velikorus imperiaları tarixin arxivinə verildi. Hər iki ölkə borclandırılmışdı.

100 İLLİK ANLAŞMANI YENİLƏMƏK PLANI:  BOP-UN FİASKOSU...I yazı

Ümumiyyətlə, hər iki Dünya savaşının dünya pulu uğrunda getdiyini bilirik. Birinci Dünya savaşından dərhal sonra IV Roma statusu da rusların əlindən alınaraq ABŞ-a verildi. Romalılardan əxz edilmiş savaş üslubu heç dəyişmədi. Qədim müəlliflərdən olan Plutarx da qeyd edirdi ki, romalılar özlərindən çox qüvvə ilə döyüşməzlər. Savaşlara müttəfiqlər toplayaraq qatılarlar. Bu gün də eyni ənənə davam etdirilməkdədir. ABŞ bunu koalisiya qüvvələri adı altında həyata keçirməkdədir. Dünyanın birinci və ikinci dəfə bölüşdürülməsindən sonra dünyaya ağalıq edən imperialist güclər bir çox dövlətlərlə 100 illik sazişlər bağladılar. Dünyanı əsil müstəmləkələri sayan güc mərkəzləri qurduqları maliyyə toru vasitəsiylə bütün xalqların haqqına şərik olmağı bacardılar.
XX əsrdə ABŞ iqtisadi inkişaf baxımından İngiltərəni ötdü və Almaniyaya çatdı. O vaxtlar ingilis funtu dünya valyutası sayılırdı. Bu yerə sahiblənmək üçün ABŞ-a iqtisadi inkişaf yetərli olmadı. Avropanın bir çox ölkələrində heç dolları tanımırdılar. Məhz bu səbəbdən Birinci Dünya Müharibəsi ssenarisi dövrəyə atıldı. Lakin müharibə də dollara düşünülmüş statusu verə bilmədi.
İkinci bir müharibəyə ehtiyac vardı.

İkinci Dünya Savaşından dərhal sonra dollar rəsmən 1946-cı ildən dollar dünya valyutası rolunu aldı. Beləliklə, qədim kimyagərlər daşı qızıla çevirməyi düşündükləri sayaq amerikalılar “havanı qızıla” çevirməyi bacardılar.

100 İLLİK ANLAŞMANI YENİLƏMƏK PLANI:  BOP-UN FİASKOSU...I yazı

Savaş bitmədən, 1944-cü ildə ABŞ-ın Britton-Vud şəhərində 44 ölkənin iştirakıyla keçirilən konfransda ABŞ öz istəklərini ortaya qoydu və qəbul etdirdi. Konvertasiya valyutaları arasında SSRİ iştirak etmədiyinə görə onun valyutası qəbul edilən siyahıya daxil edilmədi.
Ona görə də SSRİ bütün hesablaşmaları qızılla aparmalı oldu. Məhz bu səbəbdən ABŞ-ın 13 min tonluq qızıl ehtiyatı 1945-ci ildə 17.700 tona, 1949-cu ildə isə rekord çəkiyə — 21.800 tonadək artmışdı. Yəni amerikalıların “havadan qızıl istehsalı” ilk məhsulunu vermişdi.
Bu rəqəm dünya qızıl ehtiyatının 70 %-i deməkdir. Dollar artıq qızılın ekvivalentinə çevrilmişdi. Bu addımla yerdə qalan bütün xalqlara dolların etbarlılığı qəbul etdirilmiş oldu. 1970-ci ilədək bu ehtiyat 9838.2 tona endirildi. Hazırda isə bu ehtiyat 8133,2 tonadək tükədilib. Yəni hazırda dollar adicə bir kağız parçasından qeyri bir şey deyil.

100 İLLİK ANLAŞMANI YENİLƏMƏK PLANI:  BOP-UN FİASKOSU...I yazı

Bir lətifədə deyilir: “Auksionda Rafaelin fırçasından çıxmış bir rəsm əsəri satılır. Ərəb neft, rus isə dəyəri qədər qızıl təklif edir. Amerikalı 10 min dolar atıb rəsmə sahib olur. Əslində isə bu amerikalı rəsmə cəmi 3 dollar xərcləyib. Çünki 100 dollarlıq əskinas üçün cəmi 3 sent vəsait xərclənir”. Artıq 100 ildir ki, dünyanın bütün xalqları3 sentlik bir kağız parçasının əsiridir. Dollara qarşı ilk qiyam qaldıran dövlət başçısı Fransa prezidenti De Qoll olub. Ölkəsinin dollarsızlaşdırılması məqsədiylə 1965-ci ildə De Qoll bəyan etdi ki, mübadilələr qızılın standartlarına uyğun aparılmalıdır. O, deyirdi ki, qızıl istər sikkə, istərsə də külçə olsun, mahiyyətini dəyişməz.
“Qızılın “milliyyəti” yoxdu. Hazırda bütün valyutalar qızıla nisbətdə müəyyən olunur”.

De Qoll ABŞ-dan 1,5 mlrd.dollar əvəzinə 1 unsiya 35 dollar olmaqla qızıl tələb edirdi. ABŞ prezidenti Lindom Cons onu hədələsə də, 1965-ci ildə “yaşıl kağız” yüklü gəmilərin Nyu York limanlarına və təyyarələrin isə hava limanlarına endiyi raportunu aldı. De Qoll cavab tədbiri kimi ölkəsində yerləşən ABŞ və NATO-ya məxsus 29 hərbi bazanın və 35 min hərbçinin çıxarılmasını irəli sürmüşdü. Nəticədə De Qoll iki il ərzində Fort Noks şərtlərinin yüngülləşdirilməsinə və 3 min ton qızıla sahib oldu.
Çağdaş dövrümüzdə də eyni tendensiyalar güclənməkdədir. Sazişlərin vaxtı azaldıqca mərkəzdənqaçma meyilləri də güclənirdi. İllər ərzində yaradılmış terror şəbəkələri, məhz bu səbəbdən ortaya atıldı. Az qala orta əsr üslublu din pərdəsinə bürünmüş terror dəstələrinin qayıdış üçün çəkilmiş yol xəritəsinə diqqət edin. Yollar NATO ölkələrinə tuşlandı. «Müsəlman» terrorçular, Avropaya döndülər…

100 İLLİK ANLAŞMANI YENİLƏMƏK PLANI:  BOP-UN FİASKOSU...I yazı

Hazırda imperializmin beyin mərkəzləri Yaxın Şərqdə məhkum olduqları məğlubiyyətin kompensasiya edilməsini arayır. Əlbəttə bir neçə klan tərəfindən yığılmış milyardlar ələ keçirilsə də, ölkələr talan edilsə də gələcəkdə gözdən düşmüş IV Romanın «nimçə demokratiyası» üçün bazar qıtlığı yarana bilər. Xatırlayırsınızsa Səddam Hüseynin və Müəmmər Qəddafinin kişi cinsli varisləri həbs edilib məhv edilsə də ailənin varisliyi olan qadın üzvlərinə zərər verilməmişdi. Yəni ABŞ öz maskasını cıran onlarla cinayət izi buraxdığına görə bölgəni sadəcə tərk etmək barədə deyil, hansısa ərəb axmaqlığına sığınaraq qalmaq uğrunda çarpışır.
ABŞ və onun əlaltıları bölgədə Rus varlığını heçə endirmək yollarını düşünürlər. Çünki düşündükləri «ərəb baharı» zəncirinin Suriya həlqəsi gözləndiyindən möhkəm çıxdı. Əlbəttə ki, Rusiya və İran faktorubu planı pozdu. Böyük Xaos yaradılması və istənilən ölkəyə ixrac edilməsi planı iflasa uğradı. Bölgədəki tallanların bölüşdürülməsi koalisiya üzvləri arasında da narazılıq yaradıb. Artıq ABŞ öz hegomoniyasını özlə deyil güclə əldə etmək səviyyəsinə endirilib
(Ardı var)

Bu xəbəri paylaşın: