2021-ci ildə hava yolu ilə 47 323 nəfər tərk edib

2021-ci ilin dekabr ayında Zvartnots Beynəlxalq Hava Limanında sərnişin axını 207 039 nəfər təşkil edib: gələn vətəndaşların sayı 113 550 və gedənlərin sayı 93 489 nəfər olub.

Bu barədə News.am erməni saytı yazıb.


Dekabrda gələn vətəndaşların sayı (iki hava limanının məlumatları nəzərə alınmaqla) 121 502, gedənlərin sayı isə 99 378 nəfər təşkil edib.


Yanvarda gələnlərin sayı 31 052 nəfər, gedənlərin sayı 33 244 nəfər olub *(- 2192).
Fevralda gələnlərin sayı 31901 nəfər, gedənlərin sayı 58297 nəfər olub (- 26396).
2021-ci ilin mart ayında gələnlərin sayı 42 283 nəfər, gedənlərin sayı 74 198 nəfər.
Aprel ayında 58978 nəfər gəlib, 75152 nəfər gedib (- 16174).
2021-ci ilin may ayında hava yolu ilə gələn vətəndaşların sayı 82 513, gedən isə 83 840 nəfər olub (- 1327).
İyun ayında hava nəqliyyatı ilə gələn vətəndaşların sayı 109 225, gedənlərin sayı isə 91 309 nəfər olub (+17946).
İyulda hava nəqliyyatı ilə gələn vətəndaşların sayı 158 999, gedənlərin sayı isə 141 952 nəfər olub (+17047).
Avqust ayında hava nəqliyyatı ilə gələn vətəndaşların sayı 164 864, gedənlərin sayı 185 901 nəfər olub (- 21037).
2021-ci ilin sentyabr ayında ölkəmizə gələn vətəndaşların sayı 135 421, gedənlərin sayı isə 145 849 nəfər təşkil edib (- 10428).
Oktyabrda gələnlərin sayı 132 283, gedənlərin sayı isə 133 530 nəfər olub (- 1247).
Noyabrda gələn vətəndaşların sayı 107494, gedənlər isə 101188 nəfər təşkil edib (+6306).


2021-ci il ərzində ölkəmizə gələn vətəndaşların sayı 1 milyon 176 min 515, gedənlərin sayı isə 1 milyon 223 min 838 nəfər təşkil edib (- 47 323).


Ümumilikdə 2021-ci il üçün hava nəqliyyatı ilə gedən vətəndaşların sayı gələnlərdən — 47 323 nəfər çoxdur.

Bu xəbəri paylaşın: