ABŞ Dövlət Departamenti Ukraynadakı səfirliyin əməkdaşlarının ailələrinin təxliyə göstərişi

ABŞ Dövlət Departamenti Ukraynadakı səfirliyin əməkdaşlarının ailələrinin təxliyəsi barədə göstəriş verib.

Bu barədə «Fox News»un jurnalisti Lukas Tomlinson adları açıqlanmayan ABŞ rəsmilərinə məlumat yayıb.

Məlumata görə, səfirliyin 7 əməkdaşının ailə üzvlərinin təxliyəsi yanvarın 24-dən başlayaraq həyata keçirilə bilər.

Daha əvvəl «Bloomberg» adlarıı açıqlanmayan mənbələrə istinadən xəbər verib ki, yaxın günlərdə ABŞ səfirliyinin əməkdaşlarının ailə üzvlərinin məcburi təxliyəsi planlaşdırılır.

Mənbə: Report

Bu xəbəri paylaşın: