NATO bölgəyə ordu göndərmək barədə qərar qəbul edib

Şimali Atlantika Bloku (NATO) Rusiya ilə Ukrayna arasında yaranmış gərginlik səbəbindən bölgəyə ordu göndərmək barədə qərar qəbul edib.

“NATO Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Şərqi Avropada mövcudluğunu gücləndirəcək”.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bunu Alyans məlumat yayıb.

Bildirilib ki, NATO-ya üzv dövlətlər Şərqi Avropa isitqamətində əlavə hərbi gəmi və təyyarə göndərir: “Bununla da Rusiyanın Ukrayna ilə sərhəddə hərbi mövcudluğunu artıması fonunda müdafiəni gücləndiririk”.

Mənbə: Report

Bu xəbəri paylaşın: