TƏBRİK: ELÇİN AĞABABAYEV — 50

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Zaqatala rayon şöbəsi sədri Elçin Ağababayevin 50 yaşı tamam oldu.

Elçin Ağababayev Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. Atəşkəsdən sonrakı illərdə də daim döyüşçü hüquqlarının müdafiəsiylə məşğul olub.

Hazırda AVMVİB Zaqatala rayon şöbəsinin sədri kimi rayon şöbəsinin bərpasına çalışır. Lakin rayon rəhbərliyinin «kəraməti» sayəsində heç bir irəliləyiş əldə edə bilməyib. Göstərdiyi fəaliyyəti təşkilatın təsis etdiyi Xatirə medalları ilə təltif olunub.

Yubiliey münasibətiylə Elçin Ağababayevi təbrik edir, uzun ömür, fəaliyyətində uğurlar və can sağlığı arzulayırıq.

100 yaşa, Elçin bəy!

Bütün gözəlliklər sizin olsun!

AVMVİB Rəhbərliyi və Fedai.az kollektivi

Bu xəbəri paylaşın: