NATO liderləri Rusiyanı “görünməmiş sanksiyalar paketi” ilə hədələyib

LONDON, 25 yanvar. /TASS/. Böyük Britaniya və bir sıra digər aparıcı NATO ölkələrinin liderləri Ukraynaya qarşı Rusiyanın işğalı halında görünməmiş sanksiyalar paketinin tətbiq edilməsi ilə bağlı razılığa gəldilər.

Bu barədə Böyük Britaniyanın baş naziri Boris Consonun ABŞ, İtaliya, Polşa, Fransa, Almaniya liderləri, Avropa İttifaqı və NATO rəhbərliyi ilə bazar ertəsi onlayn görüşündən sonra yaydığı bəyanatda deyilir.

“Liderlər razılaşıblar ki, Rusiya Ukraynaya müdaxilə edərsə, müttəfiqlər tez bir zamanda cəza tədbirləri, o cümlədən görünməmiş sanksiyalar paketi ilə cavab verməlidir. Onlar hər hansı bu cür cavab tədbirinin görülməsini yaxından əlaqələndirməyə davam etmək qərarına gəliblər”, — deyə bəyanatda deyilir.

Bu xəbəri paylaşın: