Ermənilər təxribatlarını davam etdirir

Azərbaycan Respublikasının Tərtər rayonunun  Ağdərə şəhərində 7-14 yaşlı uşaqlar üçün iki aylıq pulsuz rus dili kursları təşkil olunur.

Bu haqda Xankəndindəki erməni nəşrlərinə rus dili mütəxəssisi Sofya Petrosyan məlumat çatdırıb.   bildirib ki, kurslar bu il fevralın 1-dən başlayacaq. Arzu edənlər yanvarın 27-dək müraciət edə bilərlər.

Zəruri xatırlatma: Ağdərə — Azərbaycan Respublikasının qərbində, Tərtər rayonunun Ağdərə şəhər inzibati ərazi dairəsində şəhərdir. Keçmiş Ağdərə rayonunun mərkəzidir.

Ağdərə XIX əsrin I yarısında Çar Rusiyasının İrandan  Azərbaycan torpaqlarına köçürdüyü ermənilərin əvvəl qonşu Qasapet kəndində yaşamış və sonradan oradan köçmüş erməni ailələrinin məskunlaşması nəticəsində yaranmışdır.

Ağdərə -Qarabağ düzünü Yuxarı Qarabagla birləşdirən kecidin adıdır. Şahbuz, Şamaxı və Ordubad rayonlarında Ağdərə adları ilə mənaca eynidir.Tərtər-İstisu avtomobil yolunun kənarındadır. Rayon 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 10 sentyabr 1939-cu ilədək Cerabert, 1991-ci ilə qədər Mardakert, həmin tarixdən isə Ağdərə adlanıb. 1985-ci ildə şəhər statusu alıb.1992-ci ilin oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonunu ləğv edilərək, ərazisi  keçmiş Dağlıq Qarabağa aid olmayan üç rayon — Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölünmüşdür. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 nömrəli Qərarına əsasən Ağdərə rayonunun Ağdərə şəhəri və Şəhər Sovetinin Qarmiravan (Qırmızıkınd) kəndi Tərtər rayonunun tərkibinə verilmişdir.

Ağdərə şəhəri – keçmiş Dağlıq Qarabağdakı bir çox ərazilər kimi  1989-1990-ci illərdən – Qarabağ müharibəsinin başlanğıcında erməni hərbçilərinin nəzarəti altına keçir. 1992-ci ildə Azərbaycan ordusunun hücumu nəticəsində iyulun 4-də Ağdərə şəhəri erməni işğalçılarından azad edilir. 1 il boyunca şəhər ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedir. Və təəssüf ki, bundan məharətlə istifadə edən Ermənistan ordusu 27 iyun 1993-cü ildə Ağdərə şəhərini yenidən işğal edib.

10 noyabr 2020- ci il üç tərəfli bəyanətə əsasən müvəqqəti olaraq Rusiya Sülhməramlı Qüvvələrinin nəzarəti altındadır.

Mənbə: Moderator.az

Bu xəbəri paylaşın: