Ermənipərəst və ermənilərə satılmış «satqın medianın» önündə yer tutan Regnum İA rusməramlı rus «santexniklərindən» yazıb…
Dağlıq Qarabağın Xocavənd (Regnum Martuni yazıb-red.) rayonunda Çartar kəndi və qonşu kəndlərə mərkəzləşdirilmiş su xəttinin çəkilməsi işlərinə başlanılıb.
Bu barədə yanvarın 27-də Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, işləri aparan mütəxəssislər Rusiya Silahlı Qüvvələrinin sülhməramlıları tərəfindən qorunur.
“Bu ərazi tərəflərin demarkasiya xəttinə yaxın yerləşdiyinə görə şəhər administrasiyası bu işlərin təhlükəsizliyini təmin etmək xahişi ilə Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət edib” — deyə məlumatda bildirilir.

Mətbuat xidmətinin məlumatına görə, mütəxəssislər suyun çıxarılacağı quyuların qazılmasına başlayıblar. Bütün santexnika işlərinin fevralın sonunadək başa çatdırılması nəzərdə tutulub.
REGNUM-un verdiyi xəbərə görə, 27 sentyabr 2020-ci il tarixində Dağlıq Qarabağda Azərbaycan Silahlı Qüvvələri ilə döyüşlər başlayıb.
Həmin il noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan başçıları Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında atəşkəs sazişi bağlanıb. Dağlıq Qarabağ ərazisinin bir hissəsi Bakının nəzarətinə keçib.
