TƏBRİK: Məmmədov Nəvai Nuru oğlu — 60

     AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev, Müharibə Veteranı  ehtiyatda olan mayor  Məmmədov Nəvai Nuru oğlunu dogum günü münasbətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

     Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.Amin!

    Mayor Məmmədov Nəvai Nuru oğlu  28 yanvar 1962-ci ildə  Kəlbəcər rayonunda anadan olub.

 O, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. Göstərdiyi döyüş rəşadətinə görə yoldaşları arasında böyük hörmət qazanmışdır.

1992-2011-ci  illərdə  Daxili  İşlər Nazirliyinin Daxili Qoşunların Hərbi hissələrində    taqım, bölük komandirinin müavini, bölük komandiri və avtomobil və zirehli texnika xidməti rəisi  vəzifəsində çalışıb.

     O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

     Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

    O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində hərbi hissənin zabit, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçularla komandir, əsgər və çavuşlarla isə Döyüş və ictimai sıyası hazırlığı üzrə məşğələlərin, Avtomobil və Zirehli texnika xidməti üzrə nümunəvi göstərici məşğələlərin keçirilməsi və eləcə də avtomobi xidməti üzrə kiçik mütəxəssislərin hazırlanmasında üzərinə düsən vəzifələrin tapşırıqların  öhdəsindən layiqincə gəlmişdir.

Qüsursuz xidmətə görə 2-ci və 3-cü dərəcəli medalla və «Silahlı qüvvələrinin 10 illiyi» yubiley medalları ilə təltif olunmuşdur

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, NƏVAİ BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBEXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

Dərin hörmətlə: Azərbaycan Vətən müharibəsi Veteranları İctimai  Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: