Beyləqanda şəhidimizin doğum günü

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov, sədr müavinləri Saməddin Məmmədov, Zakir İbadullayev, Məmməd Məmmədov və müharibə veteranları şəhidlərimizlə bağlı tədbirlərdə iştirak ediblər.

Beyləqan rayonu Təzəkənd kəndində şəhid Əliheydər Qəni oğlu Məmmədovun doğum günü mərasimində iştirak ediblər. Tədbir şəhidin adına olan Təzəkənd orta məktəbində keçirilib. Müharibə veteranları, məktəbin müəllim və şagird kollektivi şəhid Əliheydər Məmmədov haqqında çıxışlar etdilər.

Şəhid Ə. Məmmədov Qarabağ uğrunda gedən döyüşlərə Beyləqan Özünümüdafiə batalyonunun tərkibində qatılıb. 27 may 1992-ci ildə qəhrəmancasına şəhid olub. Qəhrəman döyüşçü özü Qrad mərmisi atan qurğu düzəltmişdi.

Rayon şöbələrinin sədrləri AVMVİB sədri Füzuli Rzaquliyevin adından şəhidin yaxınlarına başsağlığı vermiş, şəhidin oğluna Xatirə medalı və Fəxri fərman təqdim etdilər.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan 

Bu xəbəri paylaşın: