
ELBARİZ MƏMMƏDLİ
Deməli belə.
Bayaq qarşıma bir rus internet kanalının yayımladığı videomaterial çıxdı. Donuzsifət Zatulinin murdar üzünü görən kimi baxmaq qərarına gəldim. Həmişə bizə qarşı allahsız, qanundan kənar, şər və böhtan mövqeyi ilə seçilən bu yaramaz, indi də Şərqdə ilk demokratik dövlətin qurucusu Məmmədəmin Rəsulzadəni hədəf almışdı. Səbəb?
Azərbaycan dövlətinin və xalqının Rusiya ərazisində erməni faşisti Qaregin Njdeyə heykəl qoyulmasına etirazı bu erməni yanlısını əməlli başlı əsəbiləşdirib. Məlumat üçün deyim ki, faşist Njde 1886-cı ilin yanvarında çar Rusiyası dövründə Naxçıvan qəzasına daxil olan Güznütdə anadan olub.Sovet hakimiyyəti illərində həyatının çox hissəsi həbsxanalarda keçib və 1955-ci ildə Vladimir həbsxanasında cəhənnəmlik olub. Njde erməni faşizminin əsas ideya təşkilatlarından olan Daşnaksyutun partiyasında əsl Türk düşmənlərindən biri kimi tanınıb.
Əgər Zatulin adı çəkilən faşisti ermənilərin qəhrəmanlıq simvollarından biri kimi qəbul edirsə, deməli, özünü sovet dövlətinin varisi hesab edən Rusiya dövləti adından haylardan üzr istəməlidir. Yəqin ki, bu məsələnin dərinliyinə getmək Zatulinin başı üçün deyil. O zaman yaxın ətrafında keçmişi Skabeyeva kimi faşizmə bağlı olan bir çoxlarının sirri açılmış olar. Amma M. Rəsulzadəni bir qatil düşmənlə eyniləşdirməsi, onun Azərbaycana qarşı düşmən mövqeyindən xəbər verir. (Yeri gəlmişkən, Zatulun də Lavrov Kələntəryan kimi Gürcüstan doğumludur və bu fakt onun erməni bağlılığına əsas da ola bilər). Bu zat Rəzulzadənin heykəlinin varlığına görə Azərbaycan dövlətinin başçısını suçlayır.
Bəzi dostlarımız deyirlər ki, bu tipli verilişlərə baxıb əsəb hissi keçirməyə dəyməz. Məsləhət kökündən yanlışdır. Çünki Zatulin RF Dövlət Dumasının deputatıdır və dediklərini rəsmi dövlət adamı kimi dilinə gətirir.
Bizim siyasi və ictimai dairələr susduqca, Kremlin şər maşını daha böyük suçlamalara və hədə qorxulara özündə təpər tapır. Əslində gözlənilirdi ki, ən azı «Yolumuz Rəsulzadə yoludur» -deyib yaxasını cıranlardan kimsə bu donuz oğlu donuza cavab verər , onlara faşist Njde ilə Rəsulzadənin fərqini anladar. Kimisə suçlamaq niyyətim yoxdur, amma belə təpkiyə də rast gəlməmişəm. Göründüyü kimi, Rusiyanın Cənubu Qafqazı itirmək qorxusu reallaşdıqca, şərin və hədələrin miqyası da böyüyür. Belə məqamda heç bir yanlışa əhəmiyyət vermədən üstündən sükutla keçmək olmaz.
Rusiya-Ukrayna cəbhəsində qeyri müəyyənlik hələ də qalmaqda davam edir. Rusların özbaşınalığına rəğmən bəzi hallarda öz maraqlarından geri addım atmağa məcbur olan NATO bu dəfə inadkarlıq nümayiş etdirir. Ən əsası İngiltərənin Ukraynanın mövqeyində olması rusları kifayət qədər əndişələndirib. (ABŞ, Almaniya və Fransa kimi dövlətlərin siyasəti sürüşkən olduğu üçün adlarını tutmuram.) Üstəlik, hörmətli Ərdoğanın Ukrayna səfəri və Çin dövlət başçıcı Şi Cinpingin Orta Asiya dövlətlərinin başçıları ilə məlum müşavirəsi rusların kürkünə birə salıb. Fevral ayının 4-də Rusiya prezidenti Vladimir Putinin Çinə səfəri zamanı kifayət qədər etinasız qarşılanması da beynəlxalq aləmdə ciddi suallar doğurub. Bütün bu tipli problemlərin mövcudluğu fonunda rus siyasi dairələrinin Azərbaycan düşmənçiliyi həmişə gözlənilən olsa da, tamamilə anlaşılan deyil. Yəni, dövlətin nəzarəti altında olan informasiya şəbəkələri başqa bir dövlətə qarşı bunca düşmən mövqe sərgiləyə bilməzlər.
Deməli, biz susduqca, onlar bunu qorxu kimi dəyərləndirib, şərin dozasını artıracaqlar. Üstəlik aramızdakı uzantıları da ağıllarına gələni danışıb, ölkədə Kremlin mövqeyini qorumağa çalışacaqlar. Onsuz da Qarabağ dərdinin doğulmasını, hansı düşmən maraqlara xidmət etdiyini və nədən hələ də müəmmalara səbəb olduğunu hamımız yaxşı bilirik. Kremlin erməni kartını başqa bir karta dəyişməməsi üçün onu oyundan çıxarmağın vaxtıdır. Fərqində olmalıyıq ki, bu dövlətin və millətin gələcək taleyi bizim reallığa baxışımızdan və mübarizəmizdən keçir. Zatulinlər dəyərlərimizi aşağıladıqca, kimlərəsə cəsarət vermək məqsədi güdürlər. Çünki batan Kreml gəmisinə bizi də sərnişin kimi oturtmaq maraqları var. Dəyərlərimizə, özümüzə, dövlətimizə və dövlətçiliyimizə sahib çıxaq.
