Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin fəal üzvü, Beyləqan Özünümüdafiə batalyonunun tərkibində döyüşmüş qazi Elmir Bayram oğlu Hüseynov Xatirə medalıyla təltif edilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov Xatirə medalını Elmir Hüseynova təqdim edərək onu təbrik etmiş və qazinin keçdiyi döyüş yolundan söz açmışdır.
Təltif mərasimində Zakir İmadullayev və şöbə üzvləri iştirak etdilər.
Təbrik edirik!
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan

Bu xəbəri paylaşın:


