Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Füzuli rayon şöbəsinin üzvləri Füzuli rayonunun Zərgər kəndində anadan olmuş şəhid Elgün İlham oğlu Paşayevin ailəsinə baş çəkiblər.
Şəhid Elgün İlham oğlu Paşayev 1994-cü ildə anadan olub. 44 günlük Vətən müharibəsinə qatılan döyüşçü rayonun Seyidəhmədli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun döyüş xidmətləri «Vətən uğrunda», «Cəsur döyüşçü», «Füzuli və Xocavənd rayonlarının azad edilməsinə görə» medallarla təltif olunub.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Füzuli rayon şöbəsinin sədri Səməd Əbilov AVMVİB sədri Füzuli Rzaquliyevin adından şəhidin ailəsinə başsağlığı vermiş və Fəxri fərmanı şəhidin ailəsinə təqdim etmişdir.
O, şəhidlərin heç zaman unudulmayacağını və onların qanı bahasına azad edilmiş torpaqlarımız var olduqca, onların da bizimlə bir sırada olacaqlarını vurğuladı.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ bölgəsi üzrə müxbir, Füzuli




