TƏBRİK: MƏMİŞOV MÜBARİZ QƏZƏNFƏR OĞLU — 50

    İnsan üçün ən yadda qalan günlərdən başlıcası  onun doğum günüdür. Ömürə bəzək olan ad günü  hər gün hər il xüsusi ilə qeyd olunur. Belə insanlardan biri də yüksək peşəkarlığı və humanistliyi,nəzəri və praktiki biliyi,işgüzarlığı və mənəvi keyfiyyəti,dəqiqliyi və təmkinliyi,sadəliyi və səmimiyyəti,təvazökarlığı və vətənpərvərliyi ilə seçilən ömrünün  28 ildən çox şərəfli xidməti yolunu  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında kecirmiş  Silahlı Qüvvələr və Müharibə Veteranı, ehtiyatda olan mayor  Məmişov Mübariz Qəzənfər oğludur. Fevral ayının 10-da onun 50 yaşı tamam olub.

     Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan ehtiyatda olan mayor Məmişov Mübariz Qəzənfər oğlunu belə bir əlamətdar gün münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

      Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan  mayor Məmişov Mübariz Qəzənfər oğlu 10 fevral 1972-ci ildə  Dərələyəz mahalının  Yexeqnadzor rayonun Qovuşuq kəndində anadan olub.

     Arzu edirik ki, Mübariz Məmişovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

      Mübariz Məmişov Bakı şəhərində 19 saylı tam orta məktəbi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman  İnstutunu, Azərbaycan Siyasi Şunaslıq   məktəbini, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində isə Daxili Qoşunların Bas İdarəsinin Zabitlər hazırlayan məktəbi, NATO-nun Qırmızı Xaç  Komtəsi kursunu bitrib. Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki- təlim toplanışlarda, təlimlərdə, seminar və konfranslarda  fəal iştirak edib.

        Mayor Mübariz Məmişov  1993- 2020-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Binəqədi, Nərimanov və  Hacqabul rayonlarında  (Şirvan şəhərində) yerləşən hərbi hissələrində   (müddətli həqiqi hərbi xidmətə olub) manqa komandiri,  taqım komandirinin müavini,taqım komandiri, Bölük komandirinin müavini, Bölük komandiri, hərbi hissənin qəargah rəisinin xidmət üzrə köməkçisi, Daxili Qoşunların Bas İdarəsində  isə Növbətçi xidmətinin baş zabiti və Növbətci xidmətinin rəisi vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir..

    O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

      Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

      Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, şəhərdə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də,  qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,fövqaladə  vəziyyət zamanı hüquqi rejimin  təmin  olunmasında ,baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerınə yetirmişdir.

       Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə görə şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Silahlı Qüvvələr Veteranı «, «Qüsursuz Xidmətlərə Görə » 1-ci ,2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» isə 10-iliyi , 90-illiyi  və 95-iliyi yubley  medallarl ilə təltif olunub.

     Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

      Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, şücaət və igidliyə, öz xidməti vəzifələrini   və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə «HƏRBİ XİDMƏTLƏRƏ GÖRƏ» medalı ilə təltif olunub.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, MÜBARİZ !

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai  Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: