Azərbaycanlılara qarşı törədilən soyqırımlar…

Abbas Hüseynli, Rəhmətlə anırıq
AVMVIB sədrinin hüquqi və sosial məsələlər üzrə sabiq müavini
TƏKRAR
(Əvvəli: https://fedai.az/?p=62134)
Arxiv materiallarında şahidlərin verdikləri ifadələrdə göstərilir ki, «Baqudu kəndində erməni əsgərlərinə verilmiş 15 gözəl qız fiziki əziyyətlərə dözməyərək ölmüşlər. Həmin kənddə 400 azərbacanlı məscidlə birlikdə yandırılmışdır. Həmin kənddə Qədəmə Tahir qızı xəncərlə doğranmış, döşlərini südəmər körpəsinin ağzına soxmuşlar.
Yenə Baqudu kəndində Nisə Aman qızı, Acob Nuhbala qızı, Sona Cəfər qızı və Şahnulu Calal qızını ermənilər zorlayıb öldürmüşlər. Həmin kənddə Gülbəstə Qasım qızı öldürülmüş, döşlərini isə kəsmişlər. Şəki kəndində çoxlu döşləri kəsilmiş qadın cəsədləri və hissələrə bölünmüş körpə cəsədləri tapılmışdır. Aqudi kəndində ermənilər müsəlmanlardan tələb etmişdirlər ki, xristianlığı qəbul etsinlər və qadınların döşlərini kəsib öz körpələrinin ağzına soxmuşlar. Yenə həmin kənddə bütün gözəl qızları zorlamış, sonra isə öldürmüşlər.

Ermənilər Şuşa qəzasında da azərbaycanlılara qarşı vəhşiliklər törətmələri barədə arxiv materiallarında çoxlu faktlar vardır. 1918-ci ilin avqust ayında ermənilər Qaradağlı, Xocavənd kəndlərini dağıtmış, evləri yanıdıraraq sakinlərini öldürmüşlər. Xocalı kəndinin sakinlərini isə öz yurd-yuvalarını tək etməyə məcbur etmişəlr. Şahidləri verdikləri məlumatlara görə Azərbaycan kəndlərinə hücum edən erməni dəstə başçılarının adları qeyd edilmişdir. Çanaxçı kəndinin sakini Sokrat bəy Məlik Şahnəzərov, Qaybalı kəndinin skini Akop Verdiyev, Armenenak Xaçaturov, Gorus şəhərinin sakini Nikolay Osipov, Damğalı kəndinin sakinləri Amparsum Kuykuev, Nerses Markosov, Asatur Petrosov, Cambat kəndinin sakinləri Artaşes bəy Ter-Mixaylov, İsbahançı kəndinin sakinləri Arşak Keşişev, Şüşa şəhərinin sakinləri Tiqran bəy İşxanov, Xosrov bəy, Çıraquz kəndinin sakinləri Aleksan Cavadov, Aslan Ayrapetov, Qoğa kəndindən Markapr Qriqorov, Ağa bəy Ohacanov, David Ohocanov, Edilli kəndindən Baxşı Naxapetov, Movses Bağırov, Tuğ kəndindən starşına Arsen Ağacanov, Sergey Bağdasaryan, Sıqorlu kəndindən Bəylər Usubov, Sos kəndindən Aruşan Sarkisov və digərləri.
Ermənilərin Xoçalı şəhərində törətdikləri soyqırım-Xoçalı soyqırımı Xatın, Lidisa, Oradur soyqırım kimi insanlıq tarixinə düşmüş qanlı hadisədir.
1992-cı ilin fevral ayının 25-dən 26-a keçən gecə Ermənistan ordusunun hərbi hissələri və Xankəndi şəhərində yerləşən Rusiyanın 366-cı motoatıçı alayının zirehli texnikası və hərbi heyyətinin köməkliyi ilə Xocalı şəhəri yerlə yeksan edildi.Əvvəlki soyqırımlar kimi bu soyqırım cinayətində də Rusiya dövləti və onun silahlı qüvvələri iştirak etmişlər. Ermənilər hər-hansı bir soyqırım cinayəti törədərkən Rusiya dövlətinin köməkliyindən bu və ya başqa fomada isifadə etmişlər. Belə ki, Sülh və İnsanlığın təhlükəsizliyi əleyhinə cinayətlər məcəlləsi layihəsinin 6-cı maddəsində göstərilir ki, yüksək vəzifəli şəxslər onların tabeçiliyində olan şəxs tərəfindən sülh və təhlükəsizlik əleyhinə cinayət törətdiyinə görə cinayət məsuliyyətinə o halda cəlb olunurlar ki, onlar tabeçiliyində olan şəxsin cinayət törətdiyini və ya törətməyə hazırlaşdığını bilirdilər və ya onlar onu bilməyə imkanları var idi və onlar bu cinayətin qarşısını almaq məqsədilə bütün zəruri tədbirləri görməyiblər. Yuxarıda qeyd edilən cinayət hadisəsi barədə çoxdan Rusiya dövlətinə müraciətlər olsada.Rusiyanın o vaxtı ki, prezidenti Yeltsen qeyd edilən soyqırım cinayətinin baş verməsinə seyrçi mövqe tutmuşdur. Ona görə ki, hələ bu cinayətdən əvvəl xarici ölkə nümayəndələri dəfələrlə Xankəndində olmuş və orada gələcəkdə baş verəcək hadisələrin qarşısını almağa çalışmışlar.
Bu soyqırım cinayətinin törədilməsində ən fəal iştirak edənlərdən birsi də vaxtı ilə Azərbaycanlılara qarşı Moskva şəhərində buraxdığı «Ocaq» kitabı ilə «şöhrət» qazanmış mənfur erməni millətçisi və türk dünyasının düşməni olmuş Zori Balayan 1996-cı ildə yazmış olduğu «Voskreşeniye» (Dirilmə) kitabında deyirdi: »Biz Xaçaturla zirzəmiyə girdikdə artıq bizim əsgərlər uşağı aynanın çərçivəsinə mıxlamışdılar. O, çox səs küy salmasın deyə Xaçatur onun öldürülmüş anasının döşünü kəsdi və uşağın ağzına dürtdü… Sonra mən onun skalpını (başın tükü ilə birlikdə dərisi) çıxartdım, sinəsinin və qarnının dərisini soydum. O, yeddi dəqiqədən sonra qanaxmadan öldü. Xaçatur onu doğradı və türklərin əmələ gəldiyi itlərə atdı. Axşam biz eyni şeyi daha üç türk uşağı ilə etdik. Mən erməni patriot və vətəndaş borcumu yerinə yetiridim. Səhəri günü biz kilsəyə gedib 1915-ci ildə ölənlərin ruhuna dua oxuduq və dünən etdiklərimizə görə bağışlanmağımızı istədik… Amma biz XOCALINI bizim vətənimizin bir hissəsini zəbt etmiş digər 30 minlik murdarlardan təmizlədik». Düşmən bu kitabı yayından yığışdırıblar.

Bu qeyd edilənləri oxuduqça insan bir an içərisində ermənilərin vəhşiliklərindən sarsılır. Allahın dünyaya gətirdiyi məsum körpələri diri-diri öldürən bu vəhşi ermənilərin hərəkətlərinə dünyanın susması bizi haqqa ədalətə qarşı üsyana səsləyir. Neçə ola bilər ki, erməni öz qəhramalığından danışaraq özünün azərbaycanlılara qarış törətdiyi soyqırımı göstərir, lakin biz bütün bunları dünyaya çatdıra bilmirik.Bundan başqa erməni hayları Zori Balayan və onun kimi olan mənfur erməni hayların 1905-1918-ci illərdə azərbaycanlılara qarşı törətdiyi, qadınların döşlərinin kəsilməsini, uşaqların vəhşicəsinə öldürülməsini bir daha təkrar edirlər.Biz isə öz yaddaşsızlığımızdan, rəhərlikdə oturan şəxslərin səbatsızlığından, ziyalılarmızın manqurtlaşmasından baş verən hadisələri unudaraq erməni-hayları süfrə başında otuzdurub onlarla kirvə-kirvə oynu oynayırdıq. Ona görə də başımıza qeyd edilən müsibətləri gəlmişdir. Mən inanmıram ki, erməni-haylar nə vaxtsa etdikləri soyqırımlardan nəticə çıxaracaqlar.
Müsəlman dünyasının ən böyük qaniçənlərindən olan Adranik Ozanyan Türkiyənin Trabzon vilayətində anadan olmuşdur. 1891-ci ildə «Hnçakyan» Partiyasına qoşulan Ozanyan İstanbulda «Lodos» mehmanxanasında içib iki yunan gənclərlə səhərədək sevişdiyi üçün partiyadan qovulmuşdur. Onun bu hərəkətlərinə görə partiya üzvüləri Ozanyanı «mademuazel Andranik»adlandırmışlar. Andranik 1907-ci ildə Daşnaksutuyuna üzv olmuş və 1908-ci ilin yayında Ozanyanın içib qadın paltarında meyxanada oynamasını, sonra isə oradakı ermənilərə «Ahh, içim yanır-səni söndürən tapılarmı!» deməsini ikrahla xatırlayırdılar. Hətta İstambul daşnaklarınının liderlərindən olan Masis Tovçiyan deyirdi: »Beləsinin üzünə tüpürmək belə, istəmirəm.Andranik Ozanyan çox əxlaqsız, sürtük bir insandır. O, kişilərlə yatağa girib «ehtiraslı qadın» olmuş, istədiyini gizlətmyən dəyyusdur».1914-cü ildə yenidən Andranik Daşnakstyunun sıralarında bərpa olunur. Tarixi faktlar göstərir ki, Andranik heç bir vaxt Osmanlı Türkiyəsində zabit olmamışdır.
1895-ci ildə Qarsdan Sasuna gələn Andranik burada Axbur Serob adlı erməninin qiyamçı dəstəsinə qoşulur və ilk gecədədə özü kimi olan Serobla eşq məcarəsi ilə məşğul olur. Hətta tarixi faktlar göstərir ki, onların eşq məcaralarını həmin günü görmüş 4 nəfər gözətçi erməniləri belə Andranik öldürür. Əsirlər boyu kürdlərlə türklərin qardaş olmalarını göstərən faktlar çoxdur. Çox təssüf ki, bu xalqları da bir-birinə qarşı qoymağa çalışan qüvvələr vardır. Onlardan birsi olan ermənilər həm kürdərin, həm də Türklərin əzəli və əbədi düşmünləri olmuşlar. Beləki, 1900-cu ildə Kürd Ağa Bşare Xəlil erməni qiyamçılarının Sasunda olan başçısı Serobu tələyə salıb başını kəsir.Osmanlı Türkiyəsinin sultanı Əbdülhəmid də bu əmələ görə Xəlil ağaya orden verir. Sevgilisi Serobun öldürülməsindən sonra Andranik 3-4 gecə ağladığı deyilir. Hətta bu barədə ermənilərin xüsusi dastanla da vardır.
Serobun öldürülməsindən 8 ay sonra Andranik başının dəstəsi ilə Xəlil ağanın kəndinə girir və Ağanın özünü və 17 mühafizəçilərini öldürür, hətta Xəlil ağanın ordenini də özü ilə aparır. 1912-ci ildə Türklərə qarşı vəhşiliklər törətdiyi üçün Bolqar carı Andranikə polkovnik rütbəsi verir. 1915-ci ildə isə onun müsəlmanlara qarşı törətdiyi vəhşiliklərə görə Rusiya carı II Nikolayın fərmanı ilə Andranikə Georqi Xaçı və general rütbəsi verilmişdir. Çox təssüf ki, bu qaniçənin sağ qulağını türk Səlim kəssə də onu məhv etməmişdir.
Böyük Azərbaycan yazıçısı Mizə Cəlilin «Xankəndinə getmişəm» adlı 1906-cı ildə yazdığı felyotonunda deyirdi ki, Xankəndində rast gəldiyi erməni uşağı əlində kitab oxuyurdu. Soruşdum ki, nə oxuyursan?
-Erməni uşağı «Ermənistanın yaraları» kitabını ona göstərir.

Mirzənin rast gəldiyi azərbaycanlı uşaq isə pişiyin quyruğundan tutub ağaca çırpırmış. O, pişiyi güclə uşağın əlindən alıb buraxdığını bildiri. Həmin vaxtı Mizəyə rast gəlmiş erməni keşiş millətini başına yığıb deyirmiş: «Bu torpaqlar bizimdir və ermənilər bir olmalıdırlar və s». Bizim molla isə başına yığdığı adamlara məsləhət görürmiş ki, gecə vaxtı yerə qaynar su tökməyin, qaranlıqda söyüd ağacının altında oturmayın və sairə. Rəhmətlik Mizə Cəlilin felyotonunu oxuduqca insan elə zənn edir ki, heç dəyişilməmişik. İndinin özündə belə 31 mart soyqırımı necə baş vermişdir, bunu kimlər etmişlər, bu soyqırmda Azərbaycanın içərisində olan və lənətlənəsi soydaşlarımızdan kimlərin olmasını əksər millətimizin savadlıları belə bilmirlər. Bu onunla izah olunur ki, biz yaddaşsız bir millətə çevirilmişik. Belə millətin isə həm torpağı, həm də namusu istənilən vaxtı əlindən alına bilər.
1918-ci ildə erməni-daşnak, rus-bolşevik qüvvələri öz içərimizdə olan manqurtların köməklikləri sayəsində Azərbaycanın bir çox yerlərində, eləcədə Bakı, Şamaxı, Quba şəhərlərində azabaycanlılara qarşı soyqırım etmiş, 100 minlərlə qadını, qocanı, uşağı qanlarına qəltan edərək öldürmüşlər. Bu barədə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində minlərlə rəsmi sənədlər vardır. Hətta ilk demokratik Azərbaycan Dövləti bu soyqırım cinayəti ilə əlaqədar müvafiq istintaq hərəktələri edərək materiallar toplamış, lakin 1920-ci ilin 28 aprelində Azərbaycan ərazisi yenidən işğal edildikdən sonra həmin materiallar arxivə göndərilmişdir. Ona görəki qeyd edilən soyqırımı törədən şəxslər və onların havadarları olanlar hakimiyyətə gəlmişlər. Bu yaxınlarda Quba şəhərində tapılmış məzarlıqda minlərlə Quba sakinlərinin meyitləri aşkar edilmişdir.Bu hadisənin də 1918-ci ildə erməni və bolşevik qüvvələri tərəfindən törədilmiş cinayət olması bir daha öz təsdiqini tapmışdır. Hörmətli Prezidentimiz İlham Əliyevin sərancamı ılə həmin məzarlıqın müzeyə çevirlməsi üçün prezidentin fondundan müvafiq miqdarda pul belə ayrılmışdır.
Soyqırım cinayəti beynəlxalq cinayət olub, fövqəladə xarakter daşıyaraq daha geniş ərazini əhatə edir. Bu cinayətin nəticəsinə görə hər bir ayrıca dövlətin məsuliyyətindən başqa fərdi şəxslərin cinayət məsuliyyətidə vardır. Yuxardan qeyd edildiyi kimi ayrı-ayrı erməni millətçiləri, eləcədə Qərbi Azərbaycan ərazisində Ermənistan dövləti yaratmış Rusiya dövləti Azərbaycanlılara qarşı törədilmiş soyqırım cinayətində iştirak etmişlər. Biz Rusiya dövlətinin adının burada qeyd edilməsi ilə həmin dövləti ittiham etmək istəmirik, lakin Rusiya dövləti etdiyi bu hərəkətlərə görə mənəvi məsuliyyət daşımalıdır. Bu gün dünyada qondarma erməni soyqırımı cinayətini tanıyan 18 dövlətdən biridə Rusiya dövlətidir. Rusiya dövlətinin dövlət arxivlərində minlərlə rəsmi sənədlər var ki, ermənilər azərbaycanlılara və osmanlı Türklərinə qarşı necə vəhşiliklər etmişlər. Rusiya dövləti əvvəllər Azərbaycanlılara qarşı törətdiyi soyqırıma görə məsuliyyət daşısaydı, nə 1990-ci il yanvar hadisəsi, nə 1990-cı ilin 27 martda Qazax rayonunun Bağanis-Ayrım kəndində törədilmiş soyqırım, nə də ki, 1992-ci ilə fevral Xocalı soyqırım cinayəti baş venrməzdi.
Beynəlxalq hüquq komissiyasının 3-cü maddəsində dövlətin cinayət məsuliyyətinin elementi haqqında məsələ özünə yer tapmışdır. Sülh və insanlıq əleyhinə cinayətlər təsadüfən törədilə bilməz.Bu cinayətləri təşkil edən və həyata keçirən şəxslər isə bir qayda olaraq dövlət idarəetmə mexanizmində ali rəhbər, məhsul postlar tutur və öz fəaliyyətlərinin məcmusu ilə dövlətin iradəsini ifadə edir,onun siyasətini formalaşdırırlar. Törətdikləri cinayətlərə görə həmin şəxslər dövlətin təqsirini inkar etmir,əksinə onu bu və ya başqa şəkildə təsdiq edirlər. Tarixdə olmuş cinayətlərə görə Nurunberq və Tokio beynəlxalq trbunalallarının qərara aldığı kimi, dövlətin məsuliyyəti bu şəxsləri törətdikləri hərəkətlərə görə fərdi cinayət məsuliyyətindən azad etmir. »Xocalı soyqırımının törədilməsində dağlıq qarabağ ermənilərinə indiki ermənistan prezidenti Serj Sarksiya və keçmiş prezident Robert Köçəriyan və onlarca hal-hazırda Ermənistan Respublikasında vəzifədə olan şəxslər rəhbərlik etmişlər.
1997-ci il fevral ayında ümumi lider Heydər Əliyevin imzaladığı sərancama əsasən hər il respublika ərazisində fevralın 26-da saat 17-00-da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edilir. Martın 31 olmaqla, 26 fevral 1992-ci ildə soyqırım günü kimi Azərbaycan xalqı tərəfindən hər il qeyd edilir.
Yuxarıda Azərbaycan xalqının başına gələn müsibətlərin az bir hissəsi qeyd edilmişdir.Bu xalq əsrlər boyu işxalçılara qarşı həmişə mübariz olmuşdur. Ərəb istilasından tutmuş, Rus və fars işğalına qədər minlərlə insanlarımız həyatdan getmiş, lakin bu xalqı əzmək heç bir qəsbkara müəyyəsər olmamış və olmayacaqdırda.

Buna baxmayraq hazırkı dünyada biz nələri etməliyik ki, dünyada başımıza gələn müsibətlər bir daha təkrar olunmasın və bizim haqq səsimizə səs verənlər olsunlar.
Bunun üçün mən təklif edərdim ki:
1. Azərbaycan xalıq onun başına gələn müsibətləri Orta Asiyada olan türk qardaşları içərisində yaymaqla onların mənəvi dəstəyini qazanmalıdır. Vaxtilə həmin Respublikalar Rusiya İmperiyasının müstəmləkəsində olduğuna görə onların səsi eşidilməz olmuşdur. Hal-hazırda isə həmin Respublikalar müstəqil siyasət yeridən və dünyada özlərinə məxsus yeri olan dövlətlərdir. Biz hər vasitədən isifadə edərək «Xoçalı» soyqırımını həmin dövlətlərin parlametlərindən keçirməliyik.
2. Erməni kilsəsinin Azərbaycanlılara qarşı etdiyi soyqırım indinin özündə də davam edir. Buna misal olaraq Qarabağda olan məbədlərin Ermənistan Keşişləri tərəfindən erməni kilsələri kimi göstərilmələri və ermənilərin soyqırım siyasətlərinə dini nöqteyi nəzərdən haqq qazandırmaqla onları bu soyqırım siyasətinə təhrik etmələridir. Çox təssüf ki, bizim dini qrumlarda Azərbaycan xalqına qarşı törədilmiş soyqırımın müsəlman dövlətlərində olan din qardaşlarımız arasında yayılması və bu soyqırımın həmin dövlətlərin parlamentlərində müzakirəyə qoyulması təşəbbüsü çox zəifdir. Dünyada 1,5 milyarddan artıq müsəlman olsada onları bir araya gətirə bilən vahid dini qrum və liderin olmamasından isifadə edərək qərb dünyası müsəlmanları terorcu gözündə görür və müsəlman dövlətləri içərisində müxtəlif təxribatlar törədərək kütləvi qırğınlar yaradırlar. Müsəlman türk-kürd, fars-türk qarşıdurmaları, sünnü, şiə məzhəb ayrıseçkiliyi buna misaldır. İraqda, Əfqanıstanda, Suriyada, İranda, Türkiyədə və Pakistanda baş verən hadisələr reallığı daha yaxşı əks etdirir.
3. Hər bir Azərbaycanlının ürəyində erməni millətçilərinə qarşı barışmaz nifrət yaratmaq, torpaq və onun uğrunda şəhid olmağın müqəddəsliyi körpəlikdən izah edilməlidir. Bunun üçün kütləvi informasyia vasitələrindən tutmuş, körpələr evlərində, orta məktəb və ali məktəblərdə müvafiq nəzəri və praktiki bilikləri öyrətmək lazımdır.
Yaddaşlarmızdan silinməməlidir ki, erməni millətçiləri bizim düşmənlərimizdir. Onların yaxşısıda, pisi də bizə düşməndir.
4. Avropa Şurasının daimi üzvü olub, orada söz demək səlahiyyətinə malik olduğumuza görə həmin şuradan erməni işğalı, erməni soyqırımı, ermənilərin Rusiya Dövlətinin köməkliyi sayəsində yaratmış olduqları Ermənistan Dövlətinin əzəli və əbədi olaraq Azərbaycan ərazisi olmasını tarixi faktlarla ortaya qoymaq və həmin dövlətlərdə haqq işimizin müdafiəsində bizə yardımçı olmalarını təmin etmək. Öz növbəsində Qərbi Azərbaycan ərazisində yaşamış azərbaycanlılardan Qərbi Azərbaycan Dövləti və parlamentariyası yaratmaq və həmin dövlət qurumunun başqa dövlətlər tərəfindən tanınması üçün Beynəlxalq hüquq nomalarında nəzərdə tutulmuş qanuni işləri görmək.
5. Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycanlıların bir araya gəlməsi və haqq səsimizin yaşadıqları dövlətlərdə dövlət səviyəsində göstərmələri üçün onlarda Azərbaycan Tarixinin öyrənilməsi və başımıza gələn bütün müsibətlərin kitablar, müxtəlif əsərlər vasitəsilə yayılmasını təmin etmək və öyrətmək lazımdır. Ona görə ki, bəzi xaricdə yaşayan Azərbaycanlıların dərindən Azərbaycan Tarixini və başımıza gələn müsibətləri bilməmələri onların xarici ölkələrdə lazımı təşviqat, təbliğat işini aparmalarına mane olur. Bu sahədə ən böyük vəzifə Azərbaycan Respublikasının xarici ölkələrdə yaşayan Azərbaycanlılarla əlaqə komitəsinin üzərinə düşür. Məhz bu komitə xaricdə lobbiçiliyin möhkəmləniməsi üçün daha böyük işlər görməyə qadirdir. Bundan başqa Dünya Azərbaycanlılarını bir yerə yığmaq üçün təşkil edilmiş Konkresdən də çox şey asılıdır. Məhz həmin konkres dünyada yaşayan təxminən 500 milyonluq türkün bir araya gəlməsində böyük işlər görə bilər. Ona görə ki, Azərbaycan Respublikasının rəhbərliyi həmişə lobbiçiliyni və Konqresin fəaliyyətinə əməli işləri ilə yardımçı olmuşdur və olur.
6. Azərbaycan Tarixini Türk dünyasının bir tarixi kimi öyrənmədən həqiqəti üzə çıxarmaq mümkün deyildir. Ona görə ki, Türk xalqının tarixi eyni kökə soykənmişdir. Onu ayrı-ayrılıqda öyrənməklə biz heç bir həqiqəti üzə çıxara bilmərik.Ona görədə Türk dövlətlərinin tarixçi alimlərindən ibarət komissiya təşkil etməklə Böyük Türk tarixini yazmaq lazımdır.
25 fevral 2019-cu il
