ÇILĞIN PEÇENEQLƏR…

Turakdakı bir müharibədə, Peçenek Türklərindən bəziləri məhbus oldular və xristian oldular. Bundan sonra bir tərəfdən Peçenek-Bizans mübarizəsi davam etməklə bərabər, digər tərəfdən Peçenek kütlələrinin Bizans sərhədləri içinə (Bolqarıstana) gözətçi olaraq yerləşdirildiyi, bir çox Peçeneyin Bizans ordusunda xidmət etdiyi və xüsusilə, 1048-ci ildən sonra sayları artan bu ödənişli əsgərlərin Selçuklulara qarşı Anadoluya göndərildiyi bilinir. Ancaq, bunlardan imperator Konstantin Monomaxın əmri ilə Üsküdar yaxasına keçirilən 15.000 Peçenek atlısı, Bizans mənbələrinə (Kedrenos, Zonaras) görə, belə bir vəzifəni qəbul etməyərək -Boğaziçindəki gəmilər qəsdən qaldırıldığı üçün- Rəhbər Katalının idarəsində atları üstündə boğazı üzərək Rumeli sahilinə çıxmışlar və Tuna`ya dönmüşlər (1050), daha sonra da 1071 Malazgirt müharibəsində Bizans ordusundakı bir qisim Peçenek qüvvələri Türk soydaşlarının tərəfinə keçmişdilər.

Bizans, şərqdən Səlcuqlu türklərin təzyiqi altında idi. O bilirdi ki, yalnız onlara qarşı peçeneklər cəsur kimi mübarizə edə bilərlər və bunun üçün də Peçenek süvari ordusuna güvənirdilər. Bu məqsədlə orduda 15 min Peçeneq atlısını, sallarla, gəmilərlə Üsküdara keçirdilər. Peçeneklər Birliyi Anadoluya gedəcəyini bilirdi, amma hansı düşmənlə vuruşmağı bilməmişdilər. Onlar Səlcuqlularla vuruşacaqlarını öyrəndikləri zaman etiraz etdilər. Yurd tutmaq üçün, xalqını saxlamaq üçün öz xalqına qarşı mübarizə aparmaq olardı, amma indi kim yurd qaazanacaqdı? Kimin gücünü artıracaqdılar? «Biz qardaşlarımızla döyüşməyəcəyik»- deyə Rumeliyə dönmək istədilər.

Lakin Bizanslılar Peçenek atlılarının keçişini maneə törətmək üçün Boğaziçindəki bütün gəmiləri, salları yox etmişdilər. Peçenek Türkləri Rumeliyə keçməyə qərarlı idilər. Onlar çox düşünmədilər. Bu günədək heç vaxt çayı nə qədər geniş və iti axınlı olsa da, körpü salaraq keçməmişdilər. Onlar atlarını üstündən enmədən necə üzdürməyi bilirdilər.

Boğazı geniş bir çay hesab edən 15 minlik Peçenek süvarisi atlarını dənizə sürdülər və xalqın çaşmış baxışları arasında, at belində üzərək Rumeli yaxasına keçdilər! Boğaziçində atları təşviq edən uralarıyla və atların kişnərtiləriylə tarixdə bir daha təkrarlanmayacaq bir gün yaşandı. Onların yad geyimləri, yad dildə danışmaları və atları fərqli olan bu savaşçıları, adətən kosmosdan gələnlər haqqında nağıl yaratdıqları kimi, dilləri tutulmuş halda izlədilər.


Alıntı:
Mübarək Nemət Kurat (22 Aprel 1903, Kazan — 8 sentyabr 1971, İstanbul), Tatar əsilli Türk tarixçi, alim.) — Peçenek tarixi Mübarək Nemət Kurat — Nəşr yeri: İatanbul. Nəşr tarixi: 1937. Qapaq növü: Karton örtüyü. Dil: türk. Tags: Pechenek Tarix Akdes Nimet Kurat.

Bu xəbəri paylaşın: