HEÇ KİM UNUDULMUR!..

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mingəçevir şəhər şöbəsi olaraq, həmişə bizimlə birgə olan vətənpərvər insanları diqqətdən kənarda qoymamağa çalışırıq. Şəhər veteranlarının və şöbəmizin fəaliyyətinə daim dəstək olan şəxsləri unutmamağa çalışırıq.

Belə şəxslərdən biri də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin rəisi Sadiq Həsən oğlu Əliyevdir. O, həm cəbhədən dönən 44 günlük Vətən müharibəsi iştirakçılarının, həm də I Qarabağ müharibəsi iştirakçılarının problemlərinin həllində öz dəstəyini əsirgəməyib.


Bu sözləri Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi və Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov deyib.

Natiq Həsənov bildirdi ki, Mingəçevirdə yaşayan müharibə veteranlarına diqqət və qayğısıyla fərqlənən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin rəisi Sadiq Həsən oğlu Əliyev, rəhbərlik etdiyi Xidmətin 10 illiyi ilə əlaqədar olaraq, göstərdiyi nümunəvi və səmərəli fəaliyyətə görə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) təsis etdiyi Xatirə medalıyla təltif edilib.

Natiq Həsənov Sadiq Əliyevi təbrik edərək, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

Xatırladaq ki, Mingəçevir şəhərində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi qeyd edilib. Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Ordumuzun və Ali Baş Komandan İlham Əliyevin qələbəylə başa vurduğu 44 günlük Vətən müharibəsindən və Azərbaycanda Ordu quruculuğunda cənab prezidentin danılmaz rolundan danışılıb.

Tədbirdən sonra Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mingəçevir şəhər şöbəsinin fəaliyyətiylə tanış olmaq üçün Sadiq Əliyev şəhər şöbəsinin qərargahında veteranlarla görüşüb.


Elnur Səlim

Bu xəbəri paylaşın: