Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Laçın rayon şöbəsi daha bir üzvünü Xatirə medalıyla təltif edib.
Laçın rayon Polis şöbəsinin tərkibində Qarabağ uğrunda ağır döyüşlərin iştirakçısı, müharibə veteranı Nazim Eldar oğlu Əhmədovu təltif münasibətiylə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Laçın rayon şöbəsinin sədri Rasim Hüseynov təbrik edərək, döyüşçü kimi keçdiyi döyüş yollarından danışdı. Müharibə veteranına Laçınlı günlər arzulayaraq, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun qazandığı Zəfərin tarixi əhəmiyyətini qeyd etdi.
Rasim Hüseynov bildirdi ki, xalqımızın itirilmiş torpaqları ilə yanaşı, ümidləri də geri qaytarıldı. Bu gün hər birimiz bununla qürur hissi keçiririk.
Təbrik edirik!
Nurlan Məmmədli


