Sabirabadlı veteranlar şəhid ailəsini ziyarət ediblər

Sabirabadlı veteranlar Şirvan şəhərində şəhid Elçin Əli oğlu Əliyevin ailəsini ziyarət ediblər.


Görüş zamanı şəhid döyüşçünün keçdiyi döyüş yolundan danışıldı və şəhid ailəsinə AVMVİB sədri Füzuli Rzaquliyevin adından başsağlığı verildi. AVMVİB-nin Fəxri üzvü «Əminlər» şirkətinin rəhbəri Məmməd Mənsimovun maddi dəstəyi ilə aparılmış hədiyələr şəhid ailəsinə təqdim edildi.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov məlumat verib.

Faiq Hüseynov bildirib ki, «Əminlər» şirkətinin rəhbəri Məmməd Mənsimova daim bizə verdiyi dəstəyə görə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə (AVMVİB) fəxri üzv qəbul etdik və üzvlük vəsiqəsini M. Mənsimova təqdim etdik. O, rəhbərlik etdiyi şörkətdə bir neçə nəfər müharibə veteranını işlə təmin edib. 44 günlük Vətən müharibəsi günlərində daim bizimlə birgə ordumuza öz dəstəyini əsirgəmədi.


Bundan sonra da belə tədbirləri davam etdirmək və şəhidlərimizin bizə əmanət etdiyi ailələrinin yanında olmaq niyyətindəyik.

Elçin Qədirov
Qarabağ bölgəsi üzrə müxbir, Sabirabad

Bu xəbəri paylaşın: