Yüksək peşəkarlığı və humanistliyi ilə, nəzəri və praktiki biliyi ilə, işgüzarlığı və mənəvi keyfiyyəti ilə, təşkilatçılıq bacarığı ilə seçilən ömürünün ən məhsuldar dövrünün 23 ildən cox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirən Müharibə Veteranı ehtiyatda olan polkovnik leytenant Abbasov Rafiq Əkbər oğlunun 55 yaşı tamam olur.
Bu gün münasibətilə Avmvib rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyatda olan polkovnik leytenant Rafiq Abbasovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir,ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin !
Müharibə Veteranı ehtiyatda olan polkovnik leytenant Abbasov Rafiq Əkbər oğlu 14 fevral 1967-ci ildə Gədəbəy rayonunun Pərizamanlı kəndində anadan olub.
O,Gədəbəy rayonun Pərizamanlı kənd orta məktəbini və Azərbaycan Neft Akademiyasının Qaz-neft mədən mühəndisliyi fakultəsini bitirib, 1985-1987-ci illərdə Sovet ordusunun ADR-da yerləşən hərbi hissələrdə müdddətli həqqi hərbi xidmətdə olub, 1992-2015-ci illərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin (Ağdam, Zəngilan, Ağdərə, Nərimanov,Sumqayıt, Hacıqabul, Gəncə və Zaqatala) rayonlarında yerləşən hərbi hissələrdə taqım komandiri, xidmət rəisi, hərbi hissə komandirinin maddi texniki təminat xidmətləri üzrə müavini vəzifələrində xidmət edib.
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində bir çox hərbi qulluqçulara şəxsi nümunə olaraq vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.

Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında şəhərdə, yaşayış və cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, fövqaladə vəziyət zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyətlə və şərəf hissi ilə yerınə yetirmişdir.
Rafiq Əkbər oğlu Abbasov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Zəngilan rayonları istiqamətdə) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Qüsursuz Xidmətlərə görə» 1-ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» isə 10- iliyi, 90- illiyi ,95- iliyi, «Hərbi Xidmətlərə görə» isə 3-cü dərəcəli medallarla təltif edilib
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RAFİQ BƏY!
DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.
ÖMRÜN UZUN OLSUN 100 YAŞA.
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev









