«Səfərbərlik Xidməti işinin öhdəsindən layiqincə gəldi» – general-mayor Məmmədhüseyn Sarıyev

Fəaliyyətdə olduğu 10 il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üsrə Dövlət Xidmətinin fəaliyyəti çox yaxşı təşkil olunub.

Bu fikirləri Ehtiyatda olan Zabitlər Konfederasiyası İctimai Birliyinin sədri, ehtiyatda olan general-mayor Məmmədhüseyn Sarıyev bildirib.

“Müharibə aparan, Ermənistan kimi təcavüzkar bir qonşusu olan ölkədə ordu və səfərbərlik işi ciddi yanaşma tələb edir. Ordu quruculuğunda isə çağırış sisteminin əhəmiyyəti çox böyükdür. Sovet dövründən qalma komissarlıq sistemi üzərində bu gün müasir, peşəkar bir səfərbərlik infrastrukturu qurulub. Biz bunu sonuncu müharibə dövründə də gördük. Səfərbərliyə cəlb edilən və könüllü müraciət edən on minlərlə vətəndaş, üstəlik müddətli hərbi xidmətə cəlb edilənlərin qrafik üzrə tənzimlənməsi ağır bir iş idi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu işin öhdəsindən layiqincə gəldi. İmkanları getdikcə artırmağı və daha yaxşı nəticələr əldə etməyi arzulayıram”.

Mənbə: Herbiand

Bu xəbəri paylaşın: