Britaniyanın “Daily Mail” nəşrinin oxucuları ABŞ prezidenti Co Baydenin Aİ və NATO-dan olan həmkarları ilə söhbətində fevralın 16-nı Rusiyanın Ukraynaya “işğalının” tarixi adlandırmasını işıqlandıran KİV-i ələ salıblar.
- «Çərşənbə günü saat neçədə?» — mrBBB soruşdu.
- «O əmindir ki, çərşənbə günü? Niyə cümə axşamı və ya cümə günü olmasın?» — yazdı aD.
- «Çərşənbə günü edə bilmərəm. Cümə axşamı və ya Cümə mənə daha uyğun gəlir, amma hər halda həftəsonundan əvvəl bitirmək yaxşı olardı», — deyə Notlongenough istifadəçisi zarafat edib.
- «Putin çərşənbəni işğal edə bilməz, mən mütləq bərbərə getməliyəm!» -deyə TalbotSunbeam bəyan edib.
İstifadəçilər ABŞ rəhbərliyinin dəlillərlə dəstəkləmədən bəyanatlar verməsi ilə bağlı əvvəlki halları da xatırladıblar.
-«Bu, ABŞ-ın İraqla bağlı verdiyi məlumatla eynidirmi?» — loonylin yazıb.
Medianın mənbələrə istinadən yazdığı kimi, dünən axşam Bayden Qərb liderləri ilə videokonfransda Rusiyanın fevralın 16-da Ukraynanın «işğalına» başlayacağını bildirib. Nəşrlərdə bu sözlərin təsdiqi yoxdur.
Son aylar Rusiya ilə Qərb arasında münasibətlər daha da gərginləşib. Vaşinqton və Brüssel Moskvanı Ukraynaya qarşı təcavüz planlaşdırmaqda ittiham edir və bunun fonunda Şərqi Avropada mövcudluğunu gücləndirir. Rusiyada onlar bütün iddiaları rədd edir və Kiyevin Minsk razılaşmalarına əməl etmədiyini xatırladırlar: Ukrayna hakimiyyəti ordunun şəxsi heyətinin yarısını təmas xətti yaxınlığında cəmləyib və milisləri qadağan olunmuş silahlardan atəşə tutub.
Kreml və Xarici İşlər Nazirliyi dəfələrlə qeyd ediblər ki, “təcavüz” hekayələrinin məqsədi Rusiya sərhədləri yaxınlığında xarici qruplaşma yaratmaqdır. Onlar həmçinin izah ediblər ki, eskalasiyanın əsas səbəbi, ABŞ və NATO-nun Ukraynaya silah göndərməsi, bununla da onu hərbi avantüralara doğru sövq edən hərəkətləridir.
Mənbə: РИА Новости


