«Ukraynaya hücum hər an başlaya bilər»-deyə ABŞ aradan çıxır

«Rusiya tərəfindən Ukraynaya hücum hər an başlaya bilər».


Bu sözləri CNN-ə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.


ABŞ rəsmisi Ukraynaya hücumun dəqiq vaxtını deyə bilməyəcəklərini, amma hər an başlana biləcəyini gözlədiklərini bildirib.

ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Kristina Quin və digər ABŞ diplomatları Kiyevdən Lvova köçmələri barədə Ukraynanın «Evropeyskaya Pravda» nəşri ABŞ diplomatik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

ABŞ Dövlət Departamentinin adının açıqlanmasını istəməyən nümayəndəsi nəşrə bildirib ki, səfirliyin əsas komandası, departament rəhbərləri və sair Lvovda çalışacaq. Mənbənin sözlərinə görə, Amerika səfirliyinin Lvova köçürülməsi qərarı təcili olaraq qəbul edilib və təhlükəsizlik məqsədi daşıyır.

“Bu, müvəqqəti həll yoludur, təhlükəsizlik vəziyyəti imkan verən kimi səfirlik komandası Kiyevə qayıdacaq”, — deyə mənbə bildirib. O, amerikalı diplomatların Kiyevə nə vaxt qayıdacağı barədə məlumat verməyib.

Bildirilib ki, ABŞ səfirliyinin texniki heyəti Ukrayna paytaxtında işləmək, o cümlədən binaların təhlükəsizliyini təmin etmək üçün Kiyevdə qalacaq.

P.S. Hadisələr bir daha göstərdi ki, Qərb və ABŞ «ilanı Seyid Əhməd əliylə» vurmağı planlaşdırır. Hələlik buna nail ola bilməməsi ortadadır. Görünən odur ki, Putin onların zəif damarların tutub və öz ordusunu dislokasiya edərək «qələbə qazanıb». Bu cür ölkəni tərk edən dövlətlərə və xüsusən də NATO dövlətlərinə bundan sonra kimsə etibar etməyəcək. Çox güman ki, elə bu səbəbdən də NATO parçalanacaq.

Bu xəbəri paylaşın: