AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin sədr müavini polkovnik Salman Musayev Silahlı Qüvvələr Veteranı ehtiyatda olan mayor Atəşi Sabir Neymətulla oğlunu 54 yaşının tamam olması münasibətilə səmimi qəlbdən təbrik edir,həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, aılə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Arzu eirik ki, Sabin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
Silahlı Qüvvələr Veteranı ehtiyatda olan mayor Atəşi Sabir Neymətulla oğlu 29 fevral 1968- ci ildə Şəki rayonun Qaratorpaq kəndində dünyaya göz açıb. 1985-ci ildə Şəki rayonu Qaratorpaq kənd orta məktəbinin, 1991-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Vilnyus şəhərində xüsusi orta məktəbi, 1999-cu ildə isə Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən zabitlərin təhkimləşdirmə kursunu bitirib. O, Daxili Qoşunlarda xidmət ertdiyi illər ərzində bir çox metodiki təlim toplanışlarında, təlimlərdə, müvafiq kurslarda, seminar və konfransalarda fəal iştirak edib.

Atəşi Sabir Neymətulla oğlu 1986-1988-ci illərdə Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olub. 1991-1992-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayətində yerləşən cəzaçəkmə müssisəsində əməliiyat müvəkkili vəzifəsində işləyib. 1995 -2021-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Gəncə və Şəki şəhərlərində, Zaqatala və Binəqədi rayonlarında yerləşən hərbi hissələrdə taqım komandiri, bölük komandiri, əlahiddə bölük komandiri,taborun qərargah rəisi,tabor komandirinin müavini, Kimya-mühəndis xidmətinin rəisi vəzifələrində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etməşdir.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlanmdırmışdır.
O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində,yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Mayor Atəşi Sabir Neymətulla oğlu peşəkarlığı və humanistliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 30 ildən çox şərəfli xidməti yolunun iki ilini Daxili İşlər Nazirinin xüsusi orta məktəbiundə,iki ilini cəzaçəkmə müəssisəsində, iyirmi altı ilini isə Daxili Qoşunların hərbi hissələrində müvafiq vəzifələrdə keçirib.
O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Atəşi Sabir Neymətullaoğlu Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, Fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

Hərbi xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə döyüş və xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə görəSilahlı Qüvvələr Veteranı, «Qusrsuz xidmətlərə görə » 1-ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» 10-illiyi , 90- illyi və 95-iliyi yubley medaları ilə təltif olunub.

Azərbaycan Respublikasının Prezıdentının 30 iyun 2002 ci il tarixli 725 saylı sərəncamı ilə Azərbaycan Respublikasınında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlığa,terrorçüluğa və diğər cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində xüsüsi ilə fəriqləndiyinə Ehtiyyatda olan mayor Atəşi Sabir Neymətulla oğlu «İgidliyə görə” medalı ilə təltif olunub
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, SABİR BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev










