TƏBRİK: NURİYEVA NURİYYƏ GÜLMALI QIZI

       Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyinin  rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyatda olan tibb xidməti mayor Nuruyeva Nuriyyə Gülmalı qızını dogum günü munasbətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yolarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

     Arzu edirik ki, Nuriyyə xanımın yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin.!

    Tibb xidməti mayoru Nuriyeva Nuriyyə Gülmalı qızı  06.03. 1972 -ci ildə Şirvan (Əlbayramlı) şəhərində  ziyalı ailəsində anadan olub. Atası Gulmalı Nuriyev Prokurorluq orqanlarında  müxtəlif  rəhbər vəzifələrdə xidmət edib.

    O, Ucar rayonunda — 4-cü sinifi,   Xanlar rayonunda 9-cu sinifi,  1989- cu ildə isə Nefitcala rayonunda 10 -cu sinifi , 1995 -ci ildə isə Azərbaycan Dövlət Tibb Universitetini, 2003-cü ildə isə London şəhərində həkimlərin ixtisas artırma kursunu bitrib.

       O, Sərhəd Qoşunlarının Tibb İdarəsində, Ədiliyə Nazirliyinin Hospitalnda və Daxili Qoşunların Bas İdarəsinin hərbi hospitalında və Tibb şöbəsində xidmət etdiyi illər ərzində həkimlərin təhkimləşdirmə İnstitutunda müvafiq kurslarda olub. Nuriyyə həkim   Daxili İşlər Nazirliyinin Tibb İdarəsində, Daxili Qoşunların Bas İdarəsində və hərbi hospitalinda  keçirilən bir çox metodiki- təlim toplanışlarda , təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

     Ehtiyatda olan tibb xidməti mayoru Nuriyeva Nuriyyə Gülmalı qızı ,1997-1999 -cu illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin  Tibb İdarəsində müxtəlif vəzifələrdə,   1999 -2002 -ci illərdə   Ədiliyə Nazirliyinin Baş Tibb İdarəsinin hospitalında hospital rəsinin müalicə işləri üzrə müavini  tibb xidməti rəisi, 2003- 2017-ci illərdə Daxili Qoşunların Baş idarəsinin Hərbi hospitalında Pisxatiriya şöbəsinin rəisi, Daxili Qoşunların Bas İdarəsinin Tibb  şöbəsində isə   baş zabit vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.  Hal — hazırda Nuriyyə xanım Müdafiə Nazirliyinin   Cəmşid Naxçıvanski Adına Hərbi Liseyndə Həkim vəzifəsində işləyir.

      Müstəqilliymizin, ərazi bütövlüyüzün naminə Vətənin haqq harayına qoşularaq, əməli, işi ilə bu sahədə zəhmətə alışan oğullarmızla yanaşı Həcər qeyrətli qızlarmız,qadınlarmız vətəndaşlıq, övladlıq və insanlıq borcularını şərəflə yerinə yetiriblər. Öz yüksək peşəkarlığı və humanistliyi ilə, nəzəri və praktiki biliyi, sadəliyi və səmimiyyəti, dəqiqliyi və təmkinliyi,  təcavüzkarlığı və vətənpərvərliyi ilə sayılıb seçilən mayor Nuruyeva Nuriyyə Cülmalı qızı  Daxili Qoşunların kollektvində mehriban ana, qayğıkeş həkim və fədakar zabit kimi tanınıbdır. Ürək açan xidməti fəaliyyəti ilə şəxsi heyətin dərin rəğbətini qazanmışdır.

    Müstəqil Azərbaycan  Respublikası  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş  idarəsində və hərbi hospitalinda müxtəlif vəzifələrdfə xidmət etdiyiillər ərzində   tibb xidməti mayoru Nuruyeva Nuriyyə Cülmalı qızı Azərbaycan Respublikasının  Konstitusiyasına və qanunlarına  əməl etməkdə, hərbi nizamnamələrin,hərbi andın  tələblərinin yerinə yetirilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmiş, hippokrat adnına isə sadiq qalmışdır.

   O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

     Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, Kütləvi — İdman  tədbirlərinin ( Dövlət əhəmiyyətli yarışların) həyata keçirilməsində  üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə  yerinə yetirmişdir.

     Xidməti vəzifələrin icrasına məsuliyyətlə yaşadığına görə Ədliyyə Nazirnin, Dövlət Sərhəd Xidmət rəisinin və Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, hospital rəisinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

         Xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna  və ona həvalə edilmiş vəzifə və tapşırıqları  yetirərkən    xüsusi fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Qüsursuz xidmətlərə görə 1ci, 2-ci və 3-cü dərəcəli,  Silahlı Qüvvələrin yaranmasının isə 90-iliyi və 95 iliyi yubiley medalları ilə təltif edilib.

YUBİLEY GÜNÜZ MÜBRƏK OLSUN, NURİYYƏ XANIMI!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai  Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: