G7-yə üzv dövlətlər (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya) Rusiyanın dezinformasiya kampaniyasına qarşı çıxmaq barədə razılığa gəliblər.
Bu barədə TASS məlumat yayıb.
Bundan əvvəl ABŞ-ın maliyyə naziri Canet Yellen G7 liderlərinin Rusiyaya əlavə maliyyə təzyiqi göstərməyə hazır olduqlarını bildirib.
Amerikalı siyasətçi, həmçinin əmin edib ki, Rusiyaya qarşı tətbiq edilən məhdudlaşdırıcı tədbirlər bu ölkənin qlobal iqtisadiyyata çıxışının qarşısını alacaq və ölkə rəhbərliyinin Ukraynada xüsusi hərbi əməliyyatı maliyyələşdirmək imkanlarını sarsıdacaq.
«Böyük Yeddilik» (G7) ölkələri Rusiya qazından imtina barədə razılığa gəliblər.
TASS xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Liz Trass «Twitter» hesabında bu qərarın Ukrayna ilə həmrəylik üçün verildiyini deyib.
“Biz birlikdə Ukraynanı dəstəkləyəcəyik, Rusiya iqtisadiyyatını isə sanksiyalarla sarsıdacağıq”, — Trass qeyd edib.
